Accessibility links

Rusiya nümayəndə heyəti İdlibdə durumu müzakirə etmək üçün Türkiyədədir


Türkiyənin hərbi konvoyu İdlib vilayətində Binnis kəndi ərazisindən keçir, 8 fevral, 2020.
Türkiyənin hərbi konvoyu İdlib vilayətində Binnis kəndi ərazisindən keçir, 8 fevral, 2020.

Türkiyə Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, keçən həftə danışıqların ilklin raundu nəticəsiz başa çatdıqran sonra Rusiya nümayəndə heyətinin Suriyanın şimal-qərbindəki İdlib vilayətində gərginliyin artması ilə əlaqədar olaraq danışıqlar üçün yenidən Türkiyəyə qayıdıb. Müxalifət fəalları bildiriblər ki, yaxınlıqdakı üsyançıların nəzarətində olan bölgədə hava zərbəsi nəticəsində uşaqlar da daxil olmaqla 9 nəfər həlak olub.

Rusiya hava qüvvələrinin dəstəklədiyi Prezidenti Bəşər Əsəd tərəfdarları qüvvələr İdlibdə və Hələbin yaxınlığında üsyançıların nəzarətindəki bölgələrə doğru irəliləyərək, onlarla şəhəri ələ keçirib və 600 minə yaxın insanın evlərindən didərgin düşərək, Türkiyə ilə sərhəd yaxınlığında daha təhlükəsiz ərazilərə üz tutması nəticəsində genişmiqyaslı humanitar böhrana səbəb olub.

Məcburi köçkünlərin əksəriyyəti sərhədə yaxın yerlərdə sərt qış şəraitində açıq sığınacaqlarda və müvəqqəti evlərdə yaşayır. Köçkünlərin yarısının uşaqlar olduğu güman edilir.

Türkiyə əsgərləri İdlib yaxınlığında, 10 fevral, 2020.
Türkiyə əsgərləri İdlib yaxınlığında, 10 fevral, 2020.

Döyüşlər 2018-ci ildə Türkiyə və Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsin pozulmasına səbəb olub. Hər iki ölkə Suriya müharibəsində qarşı tərəfləri dəstəkləyir: Türkiyə Suriya üsyançılarına, Rusiya isə Suriya hökumətinə dəstək verir.

Türkiyə son bir həftə ərzində yüzlərlə hərbi maşın və əsgər qüvvəsini İdlib vilayətinə göndərib. Hərbi qüvvələrin sayının artırılması və hökumət irəliləməməyə davam etməsi fevralın 3-də Türkiyə və Suriya qüvvələr arasında nadir qarşıdurmaya səbəb olub. Nəticədə səkkiz türk hərbçisi və 13 suriyalı əsgər ölüb. Türkiyə Suriyaya 2018-ci ildə razılaşdırılmış atəşkəs xəttinə geri çəkilmək üçün xəbərdarlıq edib.

Hökümətin nəzarətində olan Suriya Mərkəzi Hərbi Mediyası M5 kimi tanınan strateji magistral yolunu tam nəzarətə götürmək üçün Suriya qoşunlarına yalnız 15 kilometr məsafə qaldığını göstərən döyüş xəritəsini açıqlayıb. Magistral yol paytaxt Dəməşq ilə illərlə hökumət və müxalifət qüvvələri arasında bölünən şimal bölgəsini birləşdirir.

Anadolu Agentliyinə istinadən verilən məlumata görə, bazar ertəsi Suriyanın Türkiyənin dəstəklədiyi müxalifət döyüşçülərinin nəzarətində olan şəhərində avtomobildə yerləşdirilmiş bomba partladılıb. Hadisə nəticəsində azı dörd nəfər ölüb, 15 nəfər yaralanıb.

Hücum Türkiyənin nəzarətində olan bölgələrdə çox sayda insanın ölümünə və yaralanmasına səbəb olan silsilə partlayışların ən sonuncusu idi. Türkiyə hücumlarda Xalq Müdafiə Birləşmələri kimi tanınan Suriya kürd silahlı dəstələrini günahlandırdıb.

XS
SM
MD
LG