Accessibility links

Rusiya NATO-nu Soyuq Müharibə düşüncəsinin tətbiqində ittiham edib


Ukraynanın Krım regionunu ilhaqı səbəbilə NATO-nun Rusiya ilə əməkdaşlığına son qoymasını əsas gətirən Moskva alyansı Soyuq Müharibə düşüncəsini bərpa etməkdə günahlandırıb.

Rusiyanın NATO-dakı təmsilçisi Aleksandr Qruşko öz Tvitter hesabıbda yazıb ki, NATO-nun Soyuq Müharibə instinkti yenidən oyanıb.

NATO xarici işlər nazirləri Ukrayna böhranı barədə danışıqları Brüsseldə davam etdirir.

Nazirlər Rusiya ilə hərbi və mülki əməkdaşlığa rəsmi şəkildə son qoyulmasına dair razılığa gəlib. Onlar Ukraynanın Krım yarımadasını ilhaqını tanımadıqlarını bildirərək, Rusiyanı dərhal beynəlxalq qanunlara əməl etməyə çağırıblar.

NATO və Moskva arasında diplomatik kanallar isə açıq saxlanılıb.
XS
SM
MD
LG