Accessibility links

Daha iki müstəqil laboratoriya Navalnının Noviçokla zəhərləndiyini təsdiq edib


Almaniya hökuməti bazar ertəsi Fransa və İsveçdəki daha iki müstəqil laboratoriyasının Kremlin tənqidçisi və müxalifət lideri Aleksey Navalnının Sovet dövründən qalan sinir sistemini iflic edən Noviçok maddəsi ilə zəhərləndiyini təsdiq etdiyini bildirib.

Berlində keçirilən brifinqdə çıxış edən hökumət sözçüsü Stefen Zaybert jurnalistlərə Almaniyadakı laboratoriya təhlilləri ilə yanaşı hazırda Navalnının zəhərləndiyini təsdiqləyən üç müstəqil laboratoriyanın olduğunu deyib. "Bütün nəticələr Navalnının Rusiyada zəhərləndiyini tamamilə açıq şəkildə göstərir" - deyə, o bildirib.

Zaybert “Üç müstəqil laboratoriya nəticəni təsdiqlədiyi üçün indi Rusiya cavab verməlidir. Belə ki, Navalnı Almaniyaya aparılmazdan əvvəl 48 saat Rusiyada müalicə alıb və ruslarda digər laboratoriyalarla eyni nümunələr var" deyib.

Rusiya zəhərlənmə ilə əlaqəsi olduğunu rədd edib və Qərbi böhtan kampaniyasında günahlandırıb.

Moskvaya dönərkən xəstələnən 44 yaşlı müxalifət lideri daha sonra Berlinin Charité xəstəxanasına aparılıb. Berlin Rusiyadan bu hadisənin araşdırılmasını istəyib.

Navalnı bir həftədən artıq süni komada saxlanılıb və antidotla (zəhər təmizləyən maddə) müalicə edilib. Xəstəxana rəsmiləri indi onun vəziyyətinin normal olduğunu deyib.

Vəziyyətinin yaxşılaşmasına baxmayaraq, həkimlər onda uzunmüddətli problemlərin istisna edilə bilməyəcəyinə dair xəbərdarlıq edib.

XS
SM
MD
LG