Rusiya Ədliyyə Nazirliyi çərşənbə günü rəsmi olaraq müxalifət lideri Aleksey Navalnının antikorrupsiya qrupunu "xarici agent" adlandırıb. Kremlin tənqidçiləri bu addımın hökumətin qrupa qarşı koordinasiya edilmiş hücumunun bir hissəsi olduğunu deyib.
Navalnı və onun müttəfiqləri bu ilin yay aylarında Rusiya paytaxtında 60 minə qədər insanın toplaşdığı siyasi etirazlara rəhbərlik edib.
Vətəndaş cəmiyyəti qaruplarının Sovet dövründən qalan "xarici agent" neqativ termini ilə adlandırılması onları bürokratik yoxlanışlara məruz qoya bilər.
Rusiya qanunvericiliyinə əsasən "xarici agentlər"dən maliyyələşdirmə mənbələri və məqsədləri, pullarını necə xərclədikləri, eləcə də menecerlərinin kim olduğu barədə mütəmadi hesabat təqdim etmələrini tələb edilə bilər.
Çərşənbə günü Rusiyanın Ədliyyə Nazirliyi Navalnının "Korrupsiyaya Qarşı Mübarizə Fondu"nun xaricidən maliyyələşdirilən bir qurum olduğunu və 2012-ci ilin qanununa əsasən xarici bir agentlik kimi fəaliyyət göstərdiyini bildirib.