Accessibility links

Qriqori Yavlinski Navalnının ksenofob və avtoritar bir millətçi olduğunu bir daha təkrarlayıb 


Rusiyanın tanınmış liberal siyasətçisinin Kremlin tənqidçisi Aleksey Navalnıya qarşı sərt çıxışı ölkənin müxalifət qrupları arasında çaxnaşmaya səbəb olub. O, deyib ki, Navalnının Rusiya üçün seçdiyi yol repressiyasız olmayacaq.

Qriqori Yavlinski bu həftə "Navalnını dəstəkləyib-dəstəkləməyəcəyinə hər kəs özü qərar verməlidir. Lakin anlamalısınız ki, demokratik Rusiya, insanlara hörmət, qorxu və repressiyanın olmaması Navalnının siyasətləri ilə uyğun gəlmir” - deyə, o bildirib.

1996-cı ildə Boris Yeltsin və 2000-ci ildə isə Vladimir Putinə qarşı iki dəfə Rusiya prezidentliyi uğrunda mübarizə aparan Yavlinski sərbəst bazar iqtisadiyyatı və sosial liberalizmə üstünlük verən "Yabloko" partiyasının təsisçisidir. Keçmişdə Navalnını tənqid edən Yavlinski bu həftə Rusiyanın ən nüfuzlu müxalifət siyasətçisinin ksenofob və avtoritar bir millətçi olduğu iddiasını bir də təkrarlayıb.

Yavlinskinin hücumu partiyasının daxilində parçalanmaya səbəb olub və müxalifətin mübarizəsini daha da genişləndirib. Bu, Kremlə qarşı son etirazlar və Navalnının həbsdən azad edilməsi tələblərinin Rusiyada bir o qədər də əks-səda doğurmaması, müxaliflərə qarşı hərbiləşdirilmiş üslubda basqının başqalarını etiraz etmək və ya gələcək siyasi aksiyalara qatılmaq fikrindən çəkindirdiyi bir vaxt baş verib.

Müstəqil Levada Mərkəzinin 29 yanvar 2 fevral tarixləri arasında keçirdiyi rəy sorğuları ictimaiyyətin təşviqata az meylli olduğunu göstərib.

Navalnı ölümcül bir zəhərlənmədən xilas olub və bunda Kremli günahlandırır. O, Almaniyada müalicə alıb qayıtdıqdan sonra keçən ay Moskvada həbs olunub.

Son iki həftədə Navalnı tərəfdarları Rusiyanın yüzdən çox şəhərində küçələrə çıxıb, ən böyük etiraz aksiyaları paytaxtda və Sankt-Peterburqda keçirilib. Bir blogger kimi başlayan və korrupsiyaya qarşı mübarizə kampaniyası ilə davam edən Navalnının həbs olunmasına qarşı çıxan mitinqlərdə 11 mindən çox etirazçı həbs olunub.

Rəy sorğuları rusiyalıların yalnız 15% -inin Navalnını dəstəkləyən etiraz aksiyalarında iştirak etməyə hazır olduğunu göstərib ki, bu da 2020-ci ilin noyabr ayında keçirilmiş sorğu ilə müqayisədə 4% az olduğu deməkdir. İqtisadi şərtlərə etiraz olaraq mitinqlərə qatılıb-qatılmayacaqları barədə sorğularda isə 17% yüksəliş olub. Bu rəqəmlər 2018-ci ilin mart ayından bəri etiraz etmək istəyənlərin azaldığını ifadə edir.

Əvvəllər fərqli koalisiya konfiqurasiyaları sınaqdan keçirilib və bundan sonra da olacaq. Lakin müxalifət qruplarının yürüş, təşviqat və təbliğat kampaniyalarını bir arada saxlamaq həmişə çətin və müvəqqəti olub. Yavlinskinin bu həftə Navalnını tənqid etməsi parçalanma və siyasi düşmənçiliyi bir daha ortaya çıxarıb.

Navalnının müttəfiqləri "Yabloko"nu Yavlinskini qovmağa çağırıb. Müxalifətin sosial media forumlarında başlayan geniş mübahisələr isə müxalif qruplarının sentyabr ayında keçiriləcək parlament seçkiləri ərəfəsində ayrı-ayrı istiqamətlərə üz tutacaqları ehtimalını artırır.

Navalny özü vaxtilə "Yabloko"nun üzvü olub. Lakin 2007-ci ildə “millətçi” baxışlarına görə qovulub. Keçmişdə Kreml tənqidçisi Navalnı ultra-millətçi mitinqlərdə iştirak etdiyinə və miqrantları təhqir etdiyinə görə, tənqidçilərionun Putinə qarşı müxalifət fiquru olmaq üçün yararsız olduğunu demişdi.

Navalnı ksenofob olduğunu inkar edir və "Yabloko"dan Yavlinskini əvəzləmək istədiyinə görə qovulduğunu deyir.

Şərhlərə bax

XS
SM
MD
LG