Accessibility links

Rusiya Nord Stream 2 boru kəmərinin tikintisini bərpa edib


Rusiya cümə günü Almaniyaya qaz boyu kəmərinin inşasını bərpa edib. Bu barədə layihə menecerləri xəbər verib. Bu, Birləşmiş Ştatların Avropanın enerji təhlükəsizliyinə mümkün hədələr səbəbilə birgə beynəlxalq layihəyə qarşı çıxmasından bir il sonraya təsadüf edib.

Nord Stream 2 boru kəməri üzərində işlər 2019-cu ilin dekabrında onun Rusiya ilə Qərb arasında münaqişə mənbəyi olmasından sonra dayandırılmışdı.

Nord Stream 2-nin məqsədi mövcud Nord Stream boyu kəmərinin qaz həcmini iki qat artırmaqdır.

Nord Stream 2 rəsmiləri bəyanatda tikintinin Baltika Dənizi altında davam etdirildiyini təsdiq ediblər. Onlar “boru yerləşdirən gəmi Fortunanın Almaniyanın Eksklüziv İqtisadi Zonasında dərinliyi 30 metrdən aşağı sulara boru kəmərinin 2.6 kilometlik hissəsini yerləşdirəcək” deyiblər.

Almaniyanın dəniz səlahiyyətliləri yük daşıyan gəmilərə dekabrın 31-dək Baltika Dənizinin Nord Stream 2-nin inşa edildiyi hissəsini yan keçməklə bağlı xəbərdarlıq edib.

100 kilometrlik dənizaltı boru kəmərinin 90 faizi hazırdır.

İnşası bitdiyində Rusiyanın Avropaya ümumi qaz ixraclarının yarısından çoxuUkraynadan yan keçən Nord Stream 2 ilə Nord Stream vasitəsilə ötürüləcək.

Vaşinqton Avropanı Rusiyanın enerjisindən çox asılı olduğuna görə tənqid edib və boru kəməri layihəsində iştirak edən avropalı tərəfdaşlarına qarşı sankiya tətbiq etməklə hədələyib.

Layihədəki əsas maraqlı tərəf olan Rusiyanın qaz nəhəngi Qazpro avropalı tərəfarları, Almaniyanın Wintershall və Uniper qrupları, Hollandiya-Britaniya nəhəngi Shell, Fransanın Engie və Avstriyanın OMV şirkəti ilə birlikdə layihəyə 11.5 milyard dollar pul xərcləyəcək.

Qazpromun səhm dəyəri cümə günü Moskvanın səhm birjasında 3.5 faiz artıb.

XS
SM
MD
LG