Accessibility links

Kəskin iqlim şəraiti olan Rusiyada evsizlərin həyatı əksər yerlərdə olduğundan daha ağırdır


Kəskin iqlim şəraiti olan Rusiyada evsizlərin həyatı əksər yerlərdə olduğundan daha ağırdır
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Kəskin iqlim şəraiti olan Rusiyada evsizlərin həyatı əksər yerlərdə olduğundan daha ağırdır

Dünya boyu COVID-19 pandemiyasına görə karantin və məhdudiyyətlər tətbiq edildiyi bir vaxt evsizlər böyük risklərlə qarşılaşır. Kəskin iqlim şəraiti olan Rusiyada isə küçə həyatı əksər yerlərdə olduğundan daha ağırdır və evsizlərin və onlara yardım qruplarının bu ölkənin bürokratiyasına uyğunlaşmasında çətinliklər yaradır.

Pandemiyanın zirvədə olduğu vaxt Rusiya xalqına aylarla evdə karantin şəraitində yaşamağı əmr edən ölkələr sırasına qatıldı. Lakin bu, hamı üçün əlverişli bir seçim deyildi.

"Noçlejka" ya da "Gecə Sığınacağı" Rusiyanın Sankt-Peterburqdakı evsizlərə yardım edən ən köhnə xeyriyyə təşkilatıdır. "Noçlejka"nın koordinatoru Taisiya Suvorova "Dərhal başa düşdük ki, küçədə yaşayan insanların təcrid edilməsi mümküm olmayacaq. Deyək ki, kimdəsə COVID testi müsbətdir və ya simptomları var, onların getməyə yerləri olmayacaq."

Həyatını qaydaya salmaq istəyən bir çoxunun lazım olan sənədləri olmadığı üçün heç bir yerə gedə bilmir.

"Noçlejka" kimi yardım qrupları ənənəvi olaraq onlara yemək və çarpayı təklif etməyə başladı. Lakin bu, pandemiya şərtlərinə və məhdudiyyət qaydalarına zidd idi. "Bir ara biz daha əvvəl restoranının ianə etdiyi yeməkləri hazırlayan aşpazın maaşını ödəməyə başladıq. Beləliklə, biz onun işlədiyi restoran bağlı olduğu müddətdə onun evsizlərə yemək hazırlaya bilməsi üçün işlə təmin etdik" - deyə, "Noçlejka"nın sözçüsü Danil Aleksandrov bildirir.

Andrey Sankt-Peterburqda iş tapıb ora köçdükdən sonra ona maaşını vermədiklərini deyir. Bu, Rusiyada evsizlərin narkotik maddə və ya alkoqol istifadəçilərinə çevrilməsinin səbəblərinə dair hekayələrdən biridir. "Bu büzgün deyil,o qədər işləyib sement tökürsən, sonra da sənə pul vermirlər. Mən bundan sonra ümidsizlikdən içməyə başladım."

Andrey və başqaları deyirlər ki, pandemiya dövründə yaşanan iqtisadi tənəzzül onlara pul qazanmaq üçün bir alternativ buraxdı və onlar virusdan çox küçədəki həyatdan qorxurlar. "Mən məşğulluq agentliyinə müraciət etdim və orada demək olar ki, heç bir şey yoxdur. İş elanı verən qəzetlərə baxın, yalnız biri var" deyir, Sankt Peterburq sakini Mixail.

Bunlar həlli asan olmayan çətin anların hekayələridir. Eyni zamanda icmaların bir araya gəlməsidir.

Rusiyada qeyri hökumət təşkilatları ilə bağlı şübhələrin artmasına baxmayaraq, pandemiya dövründə "Noçlejka"da könüllülər və ianələrin sayı kəskin şəkildə artıb.

XS
SM
MD
LG