Accessibility links

Rusiya Qələbə Gününü paradlarla qeyd edib


Rusiya Nasist Almaniyasının II Dünya Müharibəsində məğlubiyyətini qeyd edərək, ölkədəki paradlarla hərbi gücünü nümayiş etdirib.

Prezident Vladimir Putin Moskvanın Qızıl Meydanında təxminən 12 000 əsgər, 200 hərbi texnika, təyyarə və helikopterin yer aldığı Zəfər Bayramı paradını müşahidə edib.

Putin Sovet müharibə veteranları ilə birlikdə paradı baxış platformasından izləyib.

Putin iyirmi il əvvəl ya prezident, ya da baş nazir kimi hakimiyyətə gəldikdən sonra vətənpərvərliyi artırmaq üçün Sovet və Rusiya keçmişinin simvollarını bərpa etməyə çalışıb.

O, müttəfiqlərin Nasist Almaniyası üzərində qələbəsinin 76-cı ildönümündə etdiyi çıxışında Rusiyanın milli maraqlarını müdafiə edəcəyinə söz verib və "Rusofobiya"nın geri qaytarılması iddialarını rədd edib.

"Dövlətimizin təhlükəsizliyini təmin etmək üçün milli maraqlarımızı qətiyyətlə müdafiə edəcəyik" - deyə, Putin bildirib.

Builki parad hakim Vahid Rusiya partiyasının sentyabr ayında keçiriləcək parlament seçkiləri ilə öncəsi keçirilib.

Rəy sorğularına görə, Kreml tərəfdarı bu partiyaya dəstək 27%-ə qədər azalıb.

Rusiyanın Qərblə münasibətləri həbsdə olan müxalifət lideri Aleksey Navalnının taleyi və Ukraynadakı qarşıdurmaya görə gərginləşib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG