Accessibility links

Rusiya parlamenti Gürcüstana qarşı sanksiyalara çağırır


Rusiya qanunvericiləri iki qonşu ölkə arasında gərginliklərin artdığı bir vaxt çərşənbə axşamı günü Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsinə çağıran qətnaməyə yekdilliklə səs verib.

Rusiyanın aşağı palatası Duma Moskvanın Gürcüstanın “qeyri-dost” hərəkətləri ilə əlaqədar sanksiyalar tətbiq etməsini tövsiyə edib.

Dumanın sədri Vyaçeslav Volodin deyib ki, parlament Gürcüstandan şərab və mineral su idxalına qadağa qoyulmasını, habelə Rusiyadan Gürcüstana pul köçürmələrini dayandırmasını istəyir.

Son həftələr iki ölkə arasında münasibətlərdə gərginliyin artdığı müşahidə edilir. İyu ayının sonlarında Rusiya qanunvericisinin Gürcüstan partlamentini ziyarət etməsinə etiraz edən fəallar və polis arasında qarşıdurma baş vermişdi.

Gürcüstan parlamenti qarşısında etiraz nümayişi, 23 iyun, 2019.
Gürcüstan parlamenti qarşısında etiraz nümayişi, 23 iyun, 2019.

Bazar günü isə Gürcüstan televiziyasının aparıcısının Rusiya prezidenti Vladimir Putinə qarşı təhqirlərlə çıxış etməsindən sonra münasibətlər daha da gərginləşib.

“Biz ölkəmizə qarşı təhqirləri, bizim vətəndaşlarımıza qarşı hədələri və prezidentimizə qarşı təhqirləri qəbuledilməz hesab edirik”, Dumanın veb səhifəsində Volodinə istinadən bildirilir.

Bununla belə, Rusiya prezidenti Vladimir Putin Gürcüstana qarşı sərt iqtisadi sanksiyalar tətbiq edilməsi barədə parlamentdə edilən çağırışa dəstək vermədiyini deyib. Putin bu açıqlamaları çərşənbə axşamı televiziya ilə yayım zamanı verib.

Bazar ertəsi günü Rusiyanın birbaşa təyyarə uçuşlarına tətbiq etdiyi qadağa qüvvəyə minib. Bu addımn Gürcüstanın turizm sahəsinə zərər vuracağı gözlənilir.

Gürcüstan prezidenti Salome Zurabişvili Moskvanı sanksiyalarla bağlı məsələ üzərində bir daha düşünməyə çağırıb.

Kremlin sözçüsü Dmitri Peskova əsasən, hökumət hələlik sanksiyalarla bağlı qərar verməyib. Lakin o eyni zamanda, Gürcüstan liderlərini “Rusiya əleyhinə isteriya”da iştirak etməkdə ittiham edib.

XS
SM
MD
LG