Accessibility links

Kreml ABŞ-ın Rusiya əleyhinə qətnaməsini pisləyib


Rusiya prezidentinin sözçüsü Dmiriy Petrov ABŞ-ın Rusiya əleyhinə qətnaməni "emosional yüksəliş" kimi qiymətləndirib.

Çərşənbə axşamı Nümayəndələr Palatası 4 il əvvəl Rusiyanın müxalif siyasətçisi Boris Nemtsovun öldürülməsi ilə bağlı sanksiyalar bəyannaməsini təsdiq edib. Bundan əlavə Rusiya prezidenti Vladimir Putinin gəlirlərinin mənbəyinin açıqlanması da tələb edilib. Nümayəndələr Palatası ABŞ hökumətinin Krımın Rusiya ərazisi kimi tanımasına da qadağa tətbiq edən qətnamə qəbul edib.

"Bu kimi qətnamələr yalnız neqaiv təsirə malik ola bilər. Davam etməkdə olan qeyri-dost münasibətləri rusifobiya xəttinin genişlənməsidir. Bu, emosional eskalasiyanın davamıdır. Buna görə də ABŞ qanunvericilərindən normal dəyərləndirmə gözləmirik" - deyə, Peskov bildirib.

Nemtsovun qətlinin araşdırılması qətnaməsinin müəlliflərinin fikrincə, Rusiya höküməti cinayətin təfərrüatlarını gizlədir. Qətnaməni təklif edən konqresmenlər Ağ Evi siyasətçinin qətlinin beynəlxalq istintaqına çağırıb və Nemtsovun qətli ilə əlaqəsi olan insanlara qarşı sanksiyaların tətbiqini təklif edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG