Accessibility links

Rusiya polisi etirazçıları həbs edib


Moskva
Moskva

Rusiya polisi şənbə günü Moskvanın mərkəzində bəzi nümayişçiləri döyüb, yüzlərlə digərləri isə həbs edib. Nümayişçilər müxalif namizədlərin Moskvanın şəhər şurası uğrunda keçiriləcək seçki bülletenlərinə daxil edilməməsinə qarşı etiraz edib. Polis həmçinin etirazı yayımlayan televiziya kanalına reyd edib.

Polis merin idarəsinin yaxınlığında etirazçılarla mübairzə aparıb, bəzi hallarda əllərində dəyənəklərlə izdihama hücum edib. Rusiyada siyasi həbsləri müşahidə edən OVD-Info adlı təşkilat 638 nəfərin həbs edildiyini bildirib. Moskva polisi öncə 295 nəfərin həbs olunduğunu söyləyib, lakin daha sonra dəqiq məlumat verməyib.

Moskvada etiraz. 27 iyul 2019.
Moskvada etiraz. 27 iyul 2019.

Bundan əlavə şəhərin bir neçə yerində şuraya namizədliklərini verən bir neçə syasi fəal da həbs olunub. Rusiyanın ən məşhur müxalifət fiquru Aleksey Navalnı şənbə günü Moskvanın mərkəzində icazə verilməmiş mitinq keçirmək çağırışına görə çərşənbə günü 30 günlük həbs edilib.

Etirazçılar “Rusiya azad olacaq!” və “Siz kimi döyürsünüz?” kimi şüarlar səsləndirib.

Polis Navalnının YouTube-da etirazı yayımlayan video studiyasına daxil olub və proqramın lideri Vladimir Milonovu həbs edib. Polis həmçinin etirazı işıqlandıran onlayn televiziya stansiyası Dojd-da axtarış aparıb, kanalın baş redaktoru Aleksandra Perepelova isə İstintaq Komitəsində dindirlib.

Etirazdan öncə İlya Yaşin, Dmitri Qudkov və İvan Jdanpv daxil olmaqla bir neçə müxalifət üzvü həbs edilib.

Onlara qarşı hansı ittihamların irəli sürüləcəyi hələ ki, məlum deyil.

Aleksey Navalnı
Aleksey Navalnı

Seçki rəsmilərinin nominasiya ərizələrində kifayət qədər imza toplamadıqları iddiası ilə bəzi müxalif namizədlərin seçkidə iştirak etmələrinin qarşısını almaq qərarı şənbə günü Moskvadakı qarşıdurmadan öncə də bir neçə gün davam edən nümayişlərə səbəb olub.

45 yeri olan şəhər şurası böyük bələdiyyə büdcəsinin idarə edir. Şura hazırda Kreml tərəfdarı Birləşmiş Rusiya partiyasının nəzarəti altındadır. Sentyabrın 8-də beş il müddəti olan bu yerlərin hamısı uğrunda səsvermə aparılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG