Accessibility links

Rusiya polisi Lyubov Sobolu həbs edib


Rusiyada etiraz

Polis şənbə günü Moskvada minlərlə insan bir neçə müxalif namizədin qarşıdan gələn şəhər şurası seçikisində iştirakının qarşısının alınmasına etiraz etmək üçün şəhərdə toplaşmadan öncə Rusiyanın müxalif siyasətçisi Lyubov Sobolu həbs edib.

Müxalifət namizədlərindən biri olan Sobol Moskvadakı ofisində icazəli mitinqdən öncə sosial mediada tərəfdarlarını məlumatladırdığı zaman həbs edilib.

Sobolun Twitter hesabında paylaşılan videoda iğtişaş geyimindəki polisin onun ofisinə daxil olub, otaqdakı jurnalistləri divara yaxınlaşıb, telefonlarını yığışdırmaqlarını tələb etdiyi göstərilib.

Kremlin tənqidçisi Aleksey Navalnını müttəfiqi olan Sobol hadisələri videoda danışıb. “Baxın indi onlar qapıını sındırırlar. Onlar indi daxil olacaq. MƏn qorxmuram. Mən təslim olmayacam. Mən vəkilimin çağırılmasını tələb edirəm və siyasi fəaliyyətimi davam etdirəcəm”, o deyib.

O, məsələ ilə bağlı artıq üçüncü həftə sonu etirazı başlamadan bir az öncə həbs olunub. Bundan öncəki iki etiraz zamanı yüzlərlə insan həbs olunub.

Bəzi müxalif fəallar şənbə günü keçirilən icazəli etirazdan sonra Moskvanın mərkəzində icazəsiz yürüşə çağırış ediblər. Bunun ardınca Moskva polisi və güclü İstintaq Komitəsinin icazəsiz etirazların “dərhal qarşısının alınacağına” dair xəbərdarlıq edib.

Etirazçılar gələn ay Moskvanın şəhər şurası uğrunda keçiriləcək seçkilərin azad və ədalətli keçirilməsinə çağırır.

Navalnının FBK korrupsiyaya nəzarət təşkilatı 2011-ci ildən bəri Rusiya prezidenti Vladimir Putinə yaxın insanların, o cümlədən baş nazir Dmitri Medvedev və Moskva merinin birinci müavini Nataliya Serquninanın zəngin həyat tərzlərini ilə bağlı məlumat yayan hesabatlar dərc edib.

XS
SM
MD
LG