Accessibility links

Rusiya polisi mətbuat azadlığını müdafiə edən jurnalistləri saxlayıb


Rusiya polisi şənbə günü rəsmilərin müstəqil televiziya kanalına “xarici agent” damğasını vurmaq qərarına etriaz edən bir neçə jurnalisti saxlayıb.

Jurnalistlər ölkənin baş təhlükəsizlik xidməti FSB-nin qarşısında, Moskvanın Lubyanka Meydanında təkadamlıq piketlər keçiriblər.

Onlar Ədliyyə Nazirliyinin cümə günü Dojd televiziya kanalı və Vajnıye İstorii adlı onlayn araşdırmaçı mətbuat orqanını “xarici agentlər” siyahısına əlavə etmək qərarına etiraz etmək üçün əllərində üzərində “Jurnalistika cinayət deyil” və “Siz həqiqətdən qorxursunuz” yazılan plakatlar nümayiş etdiriblər.

Saxlanılan nümayişçilərə piket keçirmək qaydalarını pozmaq ittihamı ilə bağlı məhkəməyə çağırıblar. Bu ittiham 270 dollarlıq cərimə ilə nəticələnə bilər.

“Mən Dojd televiziya kanalının “xarici agent” kimi damğalanmasının əleyhinəyəm,” şənbə günü piket keçirən Dpjd kanalının jurnalisti Fəridə Rüstəmova bildirib. “Mən Rusiyada azad yaşayıb, işləmək istəyirəm. Mən azad jurnalist olmaq imkanına sahib olmaq istəyirəm. Mən həmkarlarıma “xalq düşməni” və ya “agent” damğasının vurulmasını və onların həbs olunmasını istəmirəm,” o deyib.

Vajnıye İstorii-nin jurnalisti Yuliya Krasnikova rəsmilərin bu addımının konstitusiyaya zidd olduğunu bildirərək qınayblar.

“Bizim hökumət tərəfdarı medianın yazdığı yazıları yazmaq istəməyimiz bizim qanun pozduğumuz və “xarici agent” olduğumuz demək deyil,” Krasnikova deyib. “Mən buna etiraz etmək və həmkarlarımı dəstəkləmək üçün buradayam.”

Ədliyyə Nazirliyi xaricdən pul alan və siyasi adlandırılan fəaliyyətlə məşğul olan qeyri-hökumət təşkilatları və şəxsləri “xarici agent” kimi tanımaq üçün istifadə olunan qanun çərçivəsində hərəkət edib. Bu damğa hökumətin onlarla bağlı daha çox araşdırma aparmasına imkan yaradır.

Dpjd bu addımı ədalətsiz adlandırıb və apellyasiya şikayəti verəcəyini bildirib.

Kanal Rusiya rəsmilərinin müxalifətə qarşı təqiblərini sərt şəkildə qınayıb və müntəzəm olaraq müxalif etiraz aksiyalarını canlı şəkildə işıqlandırıblar. Kanal həmçinin Rusiya müxalifət lideri Aleksey Navalnının zəhərlənməsini və həbsini işıqlandırıb.

Rusiya rəsmiləri sentyabrın 19-da keçiriləcək parlament seçkisindən öncə müxalifətə və beynəlxalq mediatəzyiqi artırıb. Bu seçki Putinin 2024-cü il prezident seçkisindən öncə hakimiyyətini möhkəmləndirmək səylərinin bir hissəsi olaraq görülür.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG