Sentyabrın 2-3-də Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə Rusiyanın prezidentinin saytı məlumat verib.
Rusiya xarici işlər naziri bildirib ki, səfər zamanı iki ölkə sərhədinin delimitasiyasına və sərhəddəki Samur çayının su resurslarının bölünməsinə dair bir sıra ikitərəfli sənəd və sazişlərin imzalanması gözlənilir.
Azərbaycan və Rusiya sərhədlərin delimitasiyası barədə sənəd imzalayacaq