Accessibility links

Rusiya prezidenti Dmitri Medvedev bu gün Hindistanın Mumbay şəhərindədir


Rusiya prezidenti Dmitri Medvedev bu gün Hindistanın Mumbay şəhərindədir
Rusiya prezidenti Dmitri Medvedev bu gün Hindistanın Mumbay şəhərindədir

Rusiya prezidenti Dmitri Medvedev bu gün Hindistanın Mumbay şəhərində Hindistanla ticarət əlaqələrini dərinləşdirməyə çalışan dünya liderlərinə qoşulub. Mumbay universitetində keçirilən görüş zamanı Rusiya prezidenti deyib ki, demokratiyanın universal stadartları hər ölkəyə şamil edilə bilməz, O, Əfqanıstanı misal gətirərək, o ölkədə Amerika və Rusiya kimi ölkələrin siyasi sisteminin tətbiqinin qeyri-mümkün olduğunu bildirib. Tələbələrlə görüşündən əvvəl Rusiyanın dövlət başçısı Aqrada Tac Mahal məbədini ziyarət edib. Dünən Hindistanın baş naziri Mahmohan Singh və Rusiya prezidenti Dmitri Medvedev birgə bəyanatda bildirib ki, İranın dinc mahiyyətli nüvə enerjisinə haqqı var. Liderlər Hindistan və Rusiyanın nüvə enerjisi, ticarət və farmakologiya sahələrində əməkdaşlığa dair razılıqlar imzalayıb. Ölkələr arasında 2015-ci ilıədək illik ticarət 10 milyarddan 20 milyarda qaldırılacaq. Dmitri Medvedevin Hindistan səfəri son altı ay ərzində Britaniyanın baş naziri Deyvid Kameron, ABŞ prezidenti Barak Obama, Fransanın dövlət başçısı Nikola Sarkozi və Çinin baş naziri Ven Tsiabaonun bu ölkəyə səfərindən sonra edilir.

XS
SM
MD
LG