Accessibility links

Rusiya prezidenti ölkəsinə xarici investisiya cəlb etmək istəyir


Müxalif fikirli sabiq neft maqnatı Mixail Xodorkovskinin məhkum edilməsi Qərb investorları arasında narahatlıqları artırıb
Müxalif fikirli sabiq neft maqnatı Mixail Xodorkovskinin məhkum edilməsi Qərb investorları arasında narahatlıqları artırıb

Rusiya prezidentinin baş müşaviri deyir ki, Dmitri Medvedevin gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda mesajı bu olacaq ki, Rusiya biznes və investorların üzünə açıqdır. İqtisadi müşavir Arkadi Dvorkoviç Moskvada müxbirlərə söyləyib ki, cənab Medvedev forumun açılışında və sonrakı gün çıxış edəcək. Cənab Medvedev Rusiyanın iqtisadi modernizasiyasını öz prezidentliynin başlıca missiyası elan edib, lakin korrupsiya və bürokratiya Rusiyanın xarici investisiya mühitini korlayıb. Bu həftənin əvvəlində cənab Dvrokoviç etiraf etmişdi ki, sabiq neft maqnatı və siyasi müxalifət lideri Mixail Xodorkovskinin məhkum edilməsi Rusiyadakı investisiyaya təsir göstərəcək. Sonra cənab Dvorkoviç dediklərinin kontekstdən kənar yozulduğunu bildirdi.

XS
SM
MD
LG