Accessibility links

Rusiya prezidenti ümumi müdafiə mexanizminin yaradılmalı olduğunu deyir


Rusiya prezidenti ümumi müdafiə mexanizminin yaradılmalı olduğunu deyir
Rusiya prezidenti ümumi müdafiə mexanizminin yaradılmalı olduğunu deyir

Rusiya prezidenti Dmitri Medvedev deyir ki, əgər onun ölkəsi ilə Qərb dövlətləri arasında yeni anti-raket sistemləri üzərində razılıq əldə edilməsə, onda növbəti onillikdə silah yarışı başlaya bilər. Rusiya prezidentinin ölkə parlamentinə illik müraciətində cənab Medvedev deyib ki, əgər ümumi müdafiə mexanizmi yaradıla bilməsə onda Rusiya yeni zərbə qüvvələrinin yerləşdirilməsi haqda qərar qəbul etməli olacaq. O, Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə daha geniş əməkdaşlığa çağırıb. Bu ayın əvvəlində Rusiya və NATO Lissabonda Avropada yeni anti-raket sistemi təsis etmək üçün əməkdaşlığa razı olublar.

XS
SM
MD
LG