Accessibility links

Rusiya prezidenti ölkənin taxıl zəmilərinin sıradan çıxdığını deyib


Dmitri Medvedev həftələrlə davam edən yanğınlar səbəbindən zəmilərin dörddən bir hissəsnə zərər dəydiyini bildirib

Rusiya prezidenti Dmitri Medvedev həftələrlə davam edən yanğınlar səbəbindən Rusiyanın taxıl zəmilərinin dörddən bir hissəsinin sıradan çıxdığını, sahibkarların müflisləşdiyini deyib. Cənab Medvedev bunu bu gün Rusiyanın cənubunda sahibkarlarla söhbəti zamanı deyib və situasiyanın çox mürəkkəb olduğunu bildirib. Rusiya prezidenti taxıl itkisinin miqdarı barədə məlumat verməyib. Lakin rəsmilər 43 milyon hektardan çox taxıl sahəsinin sıradan çıxdığını deyirlər.

Bu həftənin əvvəli Rusiyanın baş naziri Vladimir Putin Rusiyanın bu ilin sonunqadək taxıl ixracına qadağa qoyulduğunu elan etmişdir. Qadağa Çikaqonun Ticarət Palatasında taxıl qiymətlərini son iki ildə rekord həddə qaldırıb.

XS
SM
MD
LG