Accessibility links

Gənc sevgilisini qətlə yetirən professorun etirafı


Rusiya məhkəməsi bir çayda çantasında sevgilisinin kəsilmiş qolları ilə aşkar edildikdən sonra bazar ertəsi Napoleon batalyonunun döyüş səhnələrini canlandıran məşhur tarixçiyə ittiham irəli sürüb.

Sankt-Peterburq universitetinin tarix elmləri üzrə professoru, 63 yaşlı Oleq Sokolov keçmiş sevgilisi, 24 yaşlı Anastasiya Yeşçenkonu tüfənglə vurub öldürdüyünü boynuna alıb.

Oleq Sokolov məhkəmədə Anastasiyanı sevdiyini və onunla 5 il sevgili olduqlarını deyib. Lakin o, Anastasiya ilə onun başqa bir qadından olan uşaqları ilə əlaqədar mübahisə etdiklərini və əsəbiləşərək Anastasiyaya tüfənglə dörd dəfə atəş açdığını bildirib.

İnterfaks xəbər agentliyinin verdiyi məlumata görə, Sokolov günahını etiraf edib.

Müstəntiqlər Napoleon Bonapartın irsi ilə bağlı Fransanın Legion ordeni ilə təltif etdiyi Sokolovvun sevgilisini öldürdükdən sonra izi itirmək üçün cəsədi doğrayaraq, çaya atmağa çalışmaqda şübhələnir.

XS
SM
MD
LG