Accessibility links

Rusiya prokurorluğu Kremlin tənqidçisi Bill Brauderə qarşı yeni kriminal ittihamlar irəli sürüb


Rusiya prokurorluğu Kremlin tənqidçisi Bill Brauderə qarşı yeni kriminal ittihamlar irəli sürüb. Prokurorluq Rusiya həbsxanasında dünyasını dəyişən Sergey Maqnitskinin ölümündə əli olduğuna dair “nəzəriyyə” irəli sürüb.

Baş prokurorluq Brauderi Rusiya fondlarından pul mənimsənilməsi üçün kriminal qruplaşma yaratmaqda ittiham edib.

O, həm də 3 kampanyonunun zəhərlənməsi ehtimalına görə məsuliyyət daşımaqda günahlandırılıb. Prokurorluq bildirib ki, Maqnitskidə də onların simptomları müşahidə edilib.

Bill Brauder
Bill Brauder

Rusiya rəsmilərinin 230 milyon dollarlıq vergi yayınmasını aşkar etdiyini iddia edən vəkil Maqanitski 2009-ci ildə vəfat edib. Rusiyanın prezident komissiyası onun döyüldüyü və tibbi yardımdan məhrum edildiyi qənaətinə gəlmişdi. 2 həbsxana həkimi səhlənkarlıq ittihamı ilə məsuliyyətə cəlb edilmişdi.

Onlardan birinə 2013-cü ildə bəraət qazandırılmış, digəri isə kifayət qədər dəlil olmadığna görə həbs edilməmişdi.

Amerikada doğulan Brauder Rusiyada böyük investisiya fonduna malikdir. O, Maqnitskinin qatillərinin ədalət məhkəməsi qarşısına çıxarılması üçün kampaniya aparıb.

ABŞ-ın Rusiyanın yüksək səlahiyyətli rəsmilərinə qarşı səyahət və maliyyə sanksiyalarının tətbiqində onun rolu böyük olmuşdu.

O zamandan bəzi bir neçə ölkə Maqnitski aktını ratifikasiya edib.

XS
SM
MD
LG