Accessibility links

Rusiya prokurorunun etiraz aksiyasından sonra uşağı valideynlərdən qoparmaq cəhdi pislənilir


Moskvada uşaq haqları ombudsmanı və başqa ictimai xadimlər Rusiya prokurorlarının bir yaşlı oğlanı etiraz aksiyasında iştirak etmiş valideynlərindən ayırmaq cəhdlərini qəzəblə qarşılayırlar.

Dövlət ittihamçıları iddia edirlər ki, Dmitri və Olqa Prokozovlar 27 iyulda övladlarını polisin zorakılıqla dağıtdığı nümayişə aparmaqla onu təhlükə qarşısında qoyublar. İddia olunur ki, valideynlər sonradan uşağı iğtişaşları təşkil etdiyinə görə axtarışda olan adama veriblər.

Uşaqlardan siyasi şantaj məqsədi üçün istifadə etməyin!
Yevgeniy Bunmoviç, ombudsman

Ötən həftələrdə Rusiya paytaxtında Moskva bələdiyyə seçkilərində müxalif namizədlərin diskvalifikasiya olunmasına etiraz olaarq silsilə aksiyalar keçirilib.

Polis 27 iyulda 1400, ötən həftəsonu isə 1001 adamı saxlayıb.

Uşaq haqları ombudsmanı Yevgeniy Bunmoviç hökumətin əməllərini kəskin pisləyərək “uşaqlardan siyasi şantaj” məqsədilə istifadə edildiyini deyib.

O, Moksva prokuroruna yazdığı məktubda ittihamların dərhal ləğv olunmasına çağırıb.

Prezidentin insan haqları şurasının üzvləri də prokurorun hərəkətini pisləyiblər.

Ötən günlərdə Rusiyada demokratik seçki tələb edən yüzlərlə adam həbs olunub.
Ötən günlərdə Rusiyada demokratik seçki tələb edən yüzlərlə adam həbs olunub.

Dojd TV-də müsahibə verən Dmitri Prokazov həmçin gün nümayişə deyil, sadəcə şəhər küçələrində gəzintiyə çıxdıqlarını deyib.

Onun sözlərinə görə, o və xanımı nümayişçilərə rəğbətlə yanaşsalar da, uşaq yanlarında olduğu üçün etiraz aksiyasına qatılmayıblar.

XS
SM
MD
LG