Accessibility links

Jurnalist Prokopyevanın məhkəmə işi təxirə salınıb


Rusiya məhkəməsi intiharçı bomba hücumunu ölkənin siyasi mühiti ilə əlaqələndirən onlayn şərhlərinə görə terror ittihamlarının irəli sürüldüyü jurnalist Svetlana Prokopyevanın məhkəməsinin təxirə salınması barədə qərar qəbul edib.

Pskov məhkəməsi aprelin 20-də Rusiya boyu yayılan koronavirus epidemiyası səbəbi ilə məhkəmə prosesinin "ölkədə sanitariya və epidemioloji vəziyyət normallaşana qədər" təxirə salınmasına qərar verib.

AzadlıqRadiosunun Rus Xidməti ilə əməkdaşlıq edən Prokopyeva "bizə lazım olan şey məhkəmənin açıq olmasıdır" deyib və qərarın düzgün olduğunu bildirib.

Prokopyevanın vəkili Vitaliy Çerkasov hökumətin koronavirusla əlaqədar tətbiq etdiyi məhdudiyyətlərə görə məhkəmənin nə vaxta keçiriləcəyinin məlum olmadığını deyib.

"Terrorizmə haqq qazandırma" ittihamı Prokopyevanın `Exo Moskvı` radiosunun Pskov şöbəsi tərəfindən açıqlanan 2018-ci ilin noyabrdakı şərhindən qaynaqlanır. O, Arxangelskin Federal Təhlükəsizlik Xidmətinin ofisi qarşısındakı bomba partlayışı barədə şərh verib.

Rusiya mediası partlayış zamanı ölən şübhəli şəxsin sosial mediada təhlükəsizlik xidmətinin cinayət işlərini saxtalaşdırmaqda ittiham edən şərhlər paylaşdığı haqda məlumat verib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG