Accessibility links

Anatoli Çubays Rusiya prezidenti Vladimir Putinin sabit inkişaf üzrə elçisi vəzifəsindən istefa verib


Keçmiş Sovet İttifaqının tanınmış reformatoru Anatoli Çubaysın Rusiya prezidenti Vladimir Putinin sabit inkişaf üzrə elçisi vəzifəsini tərk etdiyi bildirilir. Bu, Moskvanın Ukraynaya əsassız hücumuna qarşı Kreml daxilində səs-küylü etiraza işarə ola bilər.

Martın 23-də Bloomberg və Reuters xəbər agentlikləri Kremldəki mənbələrə istinadən beynəlxalq təşkilatlarla əlaqələrə cavabdeh olan Çubaysın ölkəni tərk etdiyini bildirib.

Rusiyanın TASS dövlət xəbər agentliyi Çubaysın vəzifəsini mənbəyə istinadən tərk etdiyini bildirsə də, onun hələ də Rusiyada qalıb-qalmadığı təsdiqləməyib.

Çubaysın gedişinin səbəbi açıqlanmayıb. O, fevralın 24-də Rusiyanın Ukraynaya hücuma başlamasından sonra Putinin komandasında istefa verən ən yüksək vəzifəli rəsmidir.

Sovet İttifaqının dağıldıqdan və Boris Yeltsin Rusiyanın ilk prezidenti olduqdan sonra 66 yaşlı Çubays baş nazirin birinci müavini, maliyyə naziri və prezident aparatının rəhbəri vəzifələrində çalışıb.

1990-cı illərin əvvəllərində Anatoli Çubays Rusiyada əsas islahatçı və özəlləşdirmə proqramının ideoloqu olub.

Müharibə başlayandan bəri bir çox Qərb ölkələri Rusiyaya və Putinə yaxın olanlara qarşı sarsıdıcı sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG