Accessibility links

Putin Qərbin təhlükəsizliklə bağlı zəmanət verməsinə dair tələbini bir daha təkrarlayıb


Prezident Vladimir Putin Rusiyanın Ukrayna sərhədində çox sayda qoşun yerləşdirməsi ilə bağlı gərginliyin artdığı bir vaxt Qərbdən Rusiyaya “dərhal” təhlükəsizlik zəmanəti verməsini tələb edib.

Dekabrın 23-də illik mətbuat konfransında danışan Putin müxbirin Rusiyanın niyyətləri ilə bağlı sualına sərt cavab verərək, Ukrayna və NATO ilə bağlı bir sıra narazılığını dilə gətirib.

O, həmçinin Rusiya rəsmilərinin bu ayın əvvəlində ictimaiyyətə açıqladığı tələblər siyahısına istinad edərək, həmin siyahıda Avropanın təhlükəsizliyi və NATO siyasətinin əsaslı şəkildə yenidən qurulmasına dair tələblərin yer aldığını deyib.

Sky News müxbirinin sualını cavablandırarkən Putin “Bizə zəmanət verməlisiniz. Siz! Və heç bir ləngimə olmadan! İndi! " deyib.

Putin Kremlin ABŞ-ın Rusiya sərhədində raket sistemləri yerləşdirdiyinə dair iddialarını bir daha təkrarlayıb.

Belə görünür ki, o, ABŞ-ın son illərdə NATO müttəfiqləri olan Rumıniya və Polşaya yerləşdirdiyi raket əleyhinə "Aegis Ashore" sistemlərini nəzərdə tutub. Vaşinqton raket sistemlərinin Rusiyanın arsenalına qarşı deyil, Avropanı İranın raket təhdidlərindən müdafiə etmək üçün gərək olduğunu təkid edir.

Putin başqa bir sualı cavablandırarkən isə “ABŞ-ın yaxınlığında raketləri bizmi yerləşdirmişik? Yox. Bunu ABŞ edib. Evimizə, evimizin astanasına raketləri ilə gəlib. Bu, qeyri-adi bir tələbdirmi? Evimizin yanında bir daha hücum sistemi qoymayın? Bunda qeyri-adi nə var?"deyib.

ABŞ və rusiyalı diplomatların yeni danışıqlar üçün ilkin görüşmələri Yeni İldən sonra Cenevrədə planlaşdırılır.

“Hələ ki, biz müsbət reaksiya gördük. Amerikalı tərəfdaşlarımız bizə gələn ilin əvvəlində bu müzakirəyə, bu danışıqlara başlamağa hazır olduqlarını bildirib. Ümid edirəm hər şey yaxşı nəticələnəcək” - deyə, Putin bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG