Accessibility links

Vladimir Putin Qərbi Rusiyada etirazları qızışdırmaqda günahlandırıb


Prezident Vladimir Putin bazar günü Qərbi müxalifət lideri Aleksey Navalnının həbsindən istifadə edərək, Rusiyada ehtirasları qızışdırmaqda günahlandırıb. O, koronavirusa qarşı Sputnik-V peyvəndinin istehsalı da daxil olmaqla, Rusiyanın son dövrlərdə əldə etdiyi "çoxsaylı uğurları"nın Moskvanın rəqiblərini "qıcıqlandırmağa başladığını" deyib.

Rusiya prezidenti bunları Putin tərəfdarlarının dövlətin Kütləvi İnformasiya Vasitələri tərəfindən və internetdə nümayiş etdirilən bir sıra flaş-mob iştirakçılarının bunu etməyə məcbur edildiklərini dedikləri bir vaxtda səsləndirib.

Bəzi iştirakçılar yerli müxbirlərə buna razı olmaqdan başqa çıxış yolları olmadığını deyib.

Rusiyadakı müstəqil Kütləvi İnformasiya Vasitələri bu videoların çəkilişinə göstərişin Kreml və rəhbər "Vahid Rusiya" partiyası tərəfindən verildiyini bildirib. Kremlin sözçüsü Dmitri Peskov Kremlin videolarla əlaqəsi olmadığını deyərək, iddiaları rədd edib.

Putin tərəfdarı olan bir video keçən ay Sibirin Barnaul qəsəbəsindəki bir kimya zavodunda Navalnı tərəfdarının keçirdiyi böyük bir mitinq zamanı işçilərin "Rusiya, Rusiya, bu sözdə o qədər güc var!" sözləri deyilən vətənpərvərlik mahnıları oxuyarkən çəkilib.

Digər video Kutafin adına Moskva Dövlət Hüquq Universitetində çəkilib. Çəkilişdə iştirak edən tələbələr Rusiyanın koronavirus peyvəndinin inkişafını tərifləmək üçün dəvət edildiklərini, lakin toplaşdıqdan sonra onlardan Putini tərifləyən şüarlar səsləndirmələrinin tələb olunduğunu deyib.

Dövlət "Rossiya 24" televiziya kanalına verdiyi müsahibəsində Putin dünyanın hər yerində olduğu kimi Rusiyada da koronavirus pandemiyası səbəbi ilə həyat səviyyəsinin düşdüyünü etiraf edib və insanların belə bir dövrdə məyus olmasının normal olduğunu deyib. Lakin o, Rusiyanın düşmənlərinin ölümcül zəhərlənmədən sağ çıxan və Almaniyada müalicə aldıqdan sonra keçən ay Moskvaya qayıdarkən həbs olunan Kremlin tənqidçisi Navalnını dəstəkləmək üçün etirazları Qərbin qızışdırdığını deyib.

Putin böhran əsnasında insanların qarşılaşdıqları problemlərdə hakimiyyəti günahlandırmasının normal bir şey olduğunu, lakin Moskvanın düşmənlərinin "tükənmə, məyusluq və narazılıq"-dan sui-istifadə etdiyini deyib. “Bunu etdilər. Əlbəttə, etməli idilər. Buna ümid edirdilər. Biz nə qədər güclü olsaq, bu siyasət də bir o qədər güclənəcək" - deyə, Putin çərşənbə günü lentə alınan, lakin yazar günü yayımlanan müsahibəsində bildirib.

XS
SM
MD
LG