Accessibility links

Putin: "Ümid edirəm ki, heç kim Rusiya ilə qırmızı xətti keçməyi düşünmür"


Rusiya Prezidenti Vladimir Putin Rusiyanın cavabının “asimmetrik, sürətli və sərt” olacağını deyərək, xarici rəqiblərinə təxribat və ya ölkənin gücünü sınamamaları barədə xəbərdarlıq edib.

Putin bu açıqlamanı çərşənbə günü Rusiyanın yüksək səviyyəli rəsmiləri və parlamentin hər iki palatasınnın üzvlərinin iştirak etdiyi illik yığıncağında çıxışı zamanı verib. Putin Rusiyanın digər ölkələrlə yaxşı əlaqələr qurmağa çalışdığını deyib. O, ölkələri “strateji silahlar və qlobal sabitliyin təmin edilməsi ilə bağlı məsələləri müzakirə etməyə” dəvət edib.

Putin bundan sonra deyib ki, bəzi ölkələrdə "Rusiyanı nədə isə günahlandırmaq" adət halını alıb. “Bu sanki bir idman növü idi”- deyə, o bildirib. O, Rusiyanın təmkin göstərdiyini və bu düşmənçiliyə və ya birbaşa kobudluğa cavab vermədiyini deyib.

Prezident Putin bəziləri Rusiyanın xoş məramını laqeydlik və ya zəiflik kimi qəbul edərsə və "körpüləri yandırmağa, hətta uçurmağa hazırdırsa, Rusiyanın cavabının asimmetrik, sürətli və sərt olacağını bilməlidir” deyib.

"Ümid edirəm ki, heç kim Rusiya ilə qırmızı xətti keçməyi düşünmür. Bu xəttin hər bir konkret halda harada olacağını biz özümüz məüyyən edəcəyik" - deyə, Putin bildirib.

Bu sərt açıqlamalar ABŞ-ın Rusiyaya ABŞ seçkilərinə müdaxilə səyləri və ABŞ şirkətlərinə və qurumlarına qarşı kiber-hücumlara görə yeni iqtisadi və diplomatik sanksiyalar tətbiq etməsindən bir həftə sonra verilib.

Putin çıxışının əsas hissəsini əsasən COVID-19 pandemiyası ilə mübarizə və virusun təsiri nəticəsində zəifləyən iqtisadiyyatın bərpası da daxil olmaqla, ölkədaxili məsələlərə həsr edib.

XS
SM
MD
LG