Accessibility links

Sabiq dünya liderləri Vladimir Putinlə görüş keçirib


Sabiq ABŞ prezidenti Cimmi Karter bildirib ki, o, Rusiyanın Ukraynadakı münaqişəni siyasi yolla həllinə çağıran Minsk razılığını dəstəkləməsini alqışlayıb.

Cənab Karter Amerikanın Səsinə bildirib ki, BMT-nin sabiq baş katibi Kofi Annan daxil olmaqla, o və digər sabiq dünya liderləri Rusiya prezidenti Vladimir Putinlə Moskvada çərşənbə günü iki saat yarım görüş keçiriblər.

Minsk-2 razılığı fevral ayında Fransa, Almaniya, Rusiya, Ukrayna və rusiyapərəst separatistlər tərəfindən əldə olunub. Razılaşmaya sülhün bərqərar olunması, xarici hərbi qüvvələrin ərazidən çıxarılması, ağır sılahlardan istifadənin dayandırılması və Ukraynada münaqişənin siyasi və hüquqi yola həlli daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Gürcüstanda hökumətin istefasını tələb edən yeni kütləvi mitinq keçirilib
please wait

No media source currently available

0:00 0:10:11 0:00
XS
SM
MD
LG