Accessibility links

Rusiyada hər il 16 milyondan çox qadın məişət zəminində zorakılığa məruz qalır


Rusiyada hər il 16 milyondan çox qadın məişət zəminində zorakılığa məruz qalır
please wait

No media source currently available

0:00 0:02:38 0:00

On illərdir - əvvəlcə Sovet dönəmində, sonra da müstəqil olduqdan sonra Rusiyanın kişi siyasətçiləri qadınların hüquqlarının qorunduğu, gender bərabərliyi ilə öyünür. Lakin statistika Rusiyada kişilərlə qadınların maaşları arasında böyük fərqin qalmaqda davam etdiyini göstərib. 2017-ci ildə ailədəki zorakılıqlara görə cərimələrin azaldılmasından sonra qadına qarşı zorakılıqlar xeyli artıb. Rusiyadakı insan haqları müdafiəçiləri və ailədə zorakılıqla qarşılaşan insanların yaxınları Amerikanın Səsinə Rusiyada qadına qarşı münasibətdən danışıb.

Rusiyanın bugünkü siyasətçiləri Sovet dönəmindəki sələfləri kimi ölkədə qadın haqlarından tez-tez danışır və hər hansısa problemdə onlara yardım etdiklərini deyir. “Rusiyalı qadınların konstruktiv əməyi olmadan ölkəmizin inkişaf tarixini təsəvvür etmək çətindir" deyə, Rusiya prezidenti Vladimir Putin bildirir.

Lakin hüquq müdafiəçiləri Rusiyada qadınların vəziyyəti ilə bağlı rəsmi statistikanın hökumətin gender bərabərliyinə dair siyasətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərdiyini deyirlər. Hüquq müdafiəçisi Alyona Popova: “Rusiyada yoxsulluq dərəcəsindən də aşağı səviyyədə yaşayan 21 milyon insanın 67 faizi qadındır. Kişilərlə qadınlara ödənilən maaşın fərqi isə 27-dən 30 faizə qədərdir.”

Qadınların müdafiəsi kampaniyasının üzvləri Rusiyada əsasən kişi tərəfindən olmaqla, yerli zorakılıqlardan narahatdır. Belə ki, 2017-ci ildə Dövlər Duması ailədə ilk dəfə edilən zorakılığa qarşı həbs cəzasını cərimə ilə əvəz etdi. “Adəti üzrə orta rusiyalı ailənin ümumi büdcəsi olur. Təsəvvür edin, əri arvadını döyür, sonra da onun pulu ilə cərimə ödəyir” - deyə, Alyona Popova bildirir.

Hökumətin dediyinə görə, bu qanun qəbul edildikdən sonra ailələrdə zorakılıq halları ilə bağlı polisə şikayətlər iki dəfə azalıb. Ekspertlərin fikrincə isə yeni qanun rusiyalı qadınların hüquqi yardım üçün müraciət etmələrinə mane olur. Anna Verba: “O mənim yuxuma gəlir və mən onu aydın görürəm. Onu qucaqlayıram, o da məni qucaqlayır. Mənim yeganə, balaca qızım.”

Anna Verbanın 28 yaşlı qızı Yelenanın əri ona 57 dəfə bıçaq zərbəsi endirdikdən sonra 7 yaşlı oğlunun yanında qoyub gedib. “Onlar qətli qanuniləşdirdi. Bunun qarşısını alan yoxdur. Hanı ədalət?.”

Anna Verba yeni qanun və polisin onun qızının ölümü ilə bağlı fəaliyyətsizliyindən şikayətlənərək, rəsmilərin Yelananın qəddarcasına öldürülməsindən 4 ay əvvəl ərinin ona ilk dəfə bıcaqla hücum etməsi şikayətinə baxılmadığını deyib.

QHT web səhifəsinə istinadən bildirilir ki, hər il Rusiyada 16 milyondan çox qadın məişət zəminində zorakılığa məruz qalır. Onlardan yalnız 10 faizi polisə müraciət edir. Qalanlarının səsləri isə eşidilməz qalır.

XS
SM
MD
LG