Accessibility links

Macarıstan Moskvanın qaz tədarükünün rublla ödənilməsi tələbini qəbul edəcəyini bildirib


Macarıstanın Baş naziri Viktor Orban
Macarıstanın Baş naziri Viktor Orban

Macarıstan Moskvanın qaz tədarükünün rublla ödənilməsi tələbini qəbul edəcəyini bildirərək, Avropa İttifaqı ilə münasibəti pozub.

Avropa İttifaqının Rusiya nefti və qazına sanksiyalara, eləcə də Qərbin silahlarının Macarıstan ərazisindən Ukraynaya daşınmasına qarşı olan Baş nazir Viktor Orban aprelin 6-da jurnalistlərə deyib ki, o, Rusiya prezidenti Vladimir Putinlə lazım gələrsə Macarıstanın qaz nəqli üçün Rusiyaya ödənişi publla edəcəyi barədə razılığa gəlib.

Rusiyanın Ukraynaya əsassız müdaxiləsi səbəbindən Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq, Putin Avropaya qaz tədarükünün rublla ödəməli olduğunu, əks halda tədarükün kəsilməsi ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Avropa İttifaqı Rusiyanın tələbinə tabe olmayacağını bildirib. Belə ki, ödəniş avro ilə razılaşdırıldığı üçün bu, müqavilənin pozulması deməkdir.

Aprelin 6-da Macarıstanın xarici işlər naziri Piter Siyarto qaz müqavilələrinin onun ölkəsi ilə Rusiya arasında olduğunu və Avropa İttifaqının bu sazişlə "heç bir əlaqəsi olmadığını" deyib.

Avropa Şurasının rəhbəri Çarlz Mişel
Avropa Şurasının rəhbəri Çarlz Mişel

Avropa ttifaqı ölkələri ümumi qaz tədarükünün təxminən üçdə bir hissəsini Rusiyadan alır. Avropa Şurasının rəhbəri Çarlz Mişelin aprelin 6-da bu sektorla bağlı tədbirlərə “gec və ya tez” ehtiyac duyulacağını deməsinə baxmayaraq, Avropa ttifaqı hələ də Rusiyadan gələn neft və ya qaza qarşı hər hansı sanksiya tətbiq etməyib.

Avropada Rusiya qazından imtina məsələsi fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra fəal müzakirə olunmağa başlayıb. Martın sonunda Böyük Yeddilər (G7) qrupuna daxil olan ölkələr "Rusiya enerji daşıyıcılarından asılılığı azaltmaq üçün əlavə addımlar atdıqlarını" bildirib və qaz və neft hasil edən digər ölkələri "məsuliyyətli davranmağa və beynəlxalq bazarlara tədarükləri artırmağa" çağırıb.

G7 liderləri ,həmçinin Rusiya yanacağından asılılığını azaltmaq istəyən digər ölkələri dəstəkləyəcəklərini bildirib.

Baltikyanı Latviya, Litva və Estoniya aprelin əvvəlindən Rusiyadan gələn təbii qazdan imtina edib. Bu barədə məlumatı Latviya radiosuna "Conexus Baltic Grid" (Conexus) təbii qaz operator sisteminin idarə heyətinin sədri Uldis Bariss verib.

O, Rusiyanın təbii qazın haqqının yalnız rus rubl ilə ödənməsi barədə bəyanatının Rusiya Federasiyasından tədarükün kəskin şəkildə azaldılmalı olması zərurətindən xəbər verdiyini və onlara artıq etibar etməyin mümkün olmadığını deyib.

XS
SM
MD
LG