Accessibility links

Rusiya Qırğızıstanın devrilmiş hökumətinin nazirini təhvil verib


Rusiya Qırğızıstanın devrilmiş hökumətinin nazirini təhvil verib
Rusiya Qırğızıstanın devrilmiş hökumətinin nazirini təhvil verib

Qırğızıstanın müvəqqəti hökuməti Rusiyanın devrilmiş hökumətin nazirini təhvil verdiyini bildirib. Rəsmilər sabiq daxili işlər naziri Moldomus Konqantiyevin Moskvada saxlandığını və geri, Bişkekə qaytarıldığını bildirmişlər. Röyters xəbər agentliyinin bildirdiyinə görə, sabiq polis rəsmisinin bu ay prezident Kurmanbek Bakiyevin vəzifəsini tərk etməsi ilə nəticələnən etiraz aksiyaları zamanı baş vermiş hadisələrdə rolu ilə bağlı təhqiqat aparılır. Beş il davam edən hakimiyyətindən sonra prezident Kurmanbek Bakiyevə qarşı ölkədə baş qaldıran etiraz aksiyaları zamanı azı 84 nəfər həlak olmuşdur.

XS
SM
MD
LG