Accessibility links

Rusiya repressiya və seçici laqeydliyi fonunda seçkilərə hazırlaşır


Rusiya repressiya və seçici laqeydliyi fonunda seçkilərə hazırlaşır
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Analitiklər bu seçkilərin mühüm olduğunu bildirir. Hakim Vahid Rusiya Partiyası ölkə parlamenti olan Dövlət Dumasında böyük üstünlüyünü qorumağı hədəfləyir.

Seçkilər küçələrdəki liberal və demokrat müxalifətə, eləcə də internetdə müstəqil mediaya qarşı aylardır davam edən təzyiqlərin fonunda baş tutacaq. Bu isə siyasi fəalların dərin pessimizminə səbəb olub.

Siyasi Fəal Vladimir Kara-Murza bildirir ki, "Bizim hətta Rusiyada müxalifət haqqında danışmağımız belə mübahisəlidir. "Müxalifət" demokratiya ilə əlaqəli bir termindir. Müxalifət adətən parlamentdə və ya televiziya studiyalarında oturur, seçkilərə qatıla bilir. Lakin bu gün bizim ölkəmizdə hazırkı rejimin rəqibləri ya öldürülüb, həbsə atılıb ya da ki, sürgündədir".


Putinə olan ictimai dəstək hələ də yüksək olaraq qalmaqdadır. Levada Mərkənin apardığı sorğular göstərir ki, hazırda onun etimad reytinqi 65 faizdir.

Parlamentdəki yerlər uğrunda siyasi mübarizə Putinin partiyası ilə kommunistlər və ya millətçi radikal partiyalar arasında gedir ki, bir çox müstəqil müşahidəçilər onları "sistemin bir parçası" və ya ölkənin demokratik imicini qorumaq üçün fasad adlandırır.

Siyasi analitik Boris Kaqarlitski təmsil olunan müxalifətin legitim olmadığını deyir, "Hal-hazırda Dumada həm kommunistlər, həm LDPR, həm də Ədalətli Rusiya partiyaları var. Bəs, Duma müzakirələr aparılan bir məkana çevrilibmi? Uzun müddətdir ki, xeyr! Xeyr, artıq bir neçə sessiayadır ki, belə bir hal yoxdur!"

Hakimiyyəti tənqid edən namizədlərə edilən təzyiqlərə baxmayaraq, müxalifətin yeganə ümidi Rusiya Demokratik Partiyası olan YABLOKO kimi liberal partiyalar və bu seçkilərdə iştirak etməyi bacaran bəzi müstəqil namizədlərdir.

Siyasi analitik​ Boris Kagarlitsky bildirir ki, “Seçkilərlə bağlı yeganə müsbət hal təbliğatdır. Çünki onların səsləri necə sayması əhəmiyyətli deyil, necə səs verdiklərinin əhəmiyyəti yoxdur, çünki onlar sayılmır. Əsas olan odur ki, heç olmazsa danışıb səsini ucalda bilirsən".

Sekçkilərdəki mümkün saxtakarılqlarla bağlı narahatlıqlar geniş yayılıb. Müxalifət səsləri saxtalaşdırmaq cəhdlərinə qarşı ən yaxşı müdafiə kimi seçici fəallığının yüksək olacağına ümid edir.

Yabloko Partiyası Kirill Qonçarov fikrincə "Əgər onlar bunu etməyə çalışsalar, Dumanın legitimliyi sıfıra bərabər olacaq. Bu səbəbdən də hər şeyə rəğmən tərəfdarlarımızı səfərbər etmək əhəmiyyətlidir”.

Lakin erkən göstəricilər seçici fəallığının aşağı olacağına işarə edir. Seçkilərdə çox az sayda müxalif namizəd mübarizə aparır və seçicilərin maraq göstərmədiyi hiss olunur. Belə görünür ki, bu dəfə Rusiyada böyük siyasi dəyişikliklər mümkün olmayacaq.

XS
SM
MD
LG