Accessibility links

Rusiyada rok qrupunun üzvlərinin həbsinə dair qərar beynəlxalq ictimaiyyətin tənqidləri ilə qarşılanıb


Birləşmiş Ştatlar, Avropa ölkələri və insan haqları fəalları Rusiya rok musiqiçilərinin həbsinə daır qərarı pisləyib.

Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Katrin Eşton hökmün siyasi motivlərə əsaslandığını deyərək, bunu müxalifətin susdurulması cəhdi kimi qiymətləndirib.

Amnesty International qızları vicdan məhbusu adlndırıb.

Rusiyanın Pravoslav kilsəsi qanun çərçivəsində onların əfv edilməsinə çağırıb.

Rusiyada keçirilən rəy sorğularına görə, respondentlərin 77 faizi məhkəmənin hökmünü qəbuledilməz adlandırıb.

Rusiyalı hakim kilsədə prezident Vladimir Putini məsxərəyə qoyan siyasi mahnı ifa etməklə xuliqanlıqda ittiham edilən üç müğənni qadınla bağlı qərarı dünən çıxarıb.

Məhkəmə Pişik Qiyamı qrupunun üç müğənnisini şəhərin əsas kilsəsində siyasi mahnı oxuduqlarına görə iki il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə zamanı zal insanlarla dolu olub. RİA Novosti xəbər agentliyi məhkəmənin həyətində yüzlərlə insan toplaşdığını bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG