Accessibility links

Moskvada yəhudi mədəniyyətinə hərs olunmuş muzey açılıb [Video]


Rusiyada Yəhudi muzeyi
please wait

No media source currently available

0:00 0:03:28 0:00

Bir əsr əvvəl Rusiya dünyada ən böyük yəhudi icmasına məskən olub. Burada 5 milyon yəhudi yaşayırdı. Lakin Nasistlər tərəfindən törədilmiş soyqırım, ardınca geniş miqyasda mühacirət Rusiyada yəhudilərin sayını 150 000 qədər azaltdı.

Moskvanın sakit küçələrindən birində yeni muzey açılıb.

Bu, yəhudi mədəniyyətinə həsr olunmuş Avropanın yeni və ən böyük muzeyidir. İnteraktiv eksponatlar insanları yəhudi mədəniyyəti ilə tanış edir.

Asiya Rusiyalı tələbədir. “Muzeyi maraqlı edən və başqalarından fərqləndirən odur ki, insan bir zamanlar baş verənlər haqda nəinki, oxuya və başa düşə bilir, həm də baş verənləri virtual olaraq yaşaya bilir. Burada görüdüklərimiz hisslərə yol açır.”

Muzey Çar dövründə yəhudilərin Kommunist inqilabında iştirakına qarşı nifrəti, Nasistlərin yəhudilərə qarşı soyqırımı və yəhudilərin Sovet müharibəsinə tövfələrini tədqiq edir.

Belarusiyalı tələbə Katsiarna Yureçka eksponatların keçmişdə yaşanılan anları xatırlamağa kömək etdiyini deyir.



Katsiarna Yureçka: “Burada tarixi görürük - əzab çəkən insanları, eyni zamanda mərdlik nümayiş etdirən, II Dünya Müharibəsində iştirak edən insanları görürük. Burada onların ailələrinin birlikdə qalmağa necə can atmalarını onların gözü ilə görə bilirik.”

İsrail prezidenti Şimon Peres II-ci Dünya Müharibəsindən əvvəl indi Belarus adlanan ölkədə dünyaya gəlib. O, muzeyin açılışında iştirak etmək məqsədi ilə noyabrın 8-ində İsraildən Moskvaya səfər edib. Muzeyin rəhbəri Boryuk Qorin yeni muzeyi Rusiya ilə İsrailin 1 milyon rusdilli yəhudisi arasında körpü adlandırıb. İsraillilərlə rusların biri-birinin ölkələrinə səyahət etməsi üçün artıq viza almalarına ehtiyac yoxdur.

Boryuk Qorin: “İsraildə yaşayan əslən rusiyalı yəhudilər və onların övladları özlərini daha çox Rusiya mədəniyyətinə, Rusiya ədəbiyyatına, Moskva teatrlarına bağlı hiss edir.”

Dənizin o biri tərəfindən gələn yəhudi ziyarətçiləri Rusiyada salamlamaqdan əlavə Qorin muzeyin ölkədəki azlıqlara qarşı tolerantlığa müsbət təsir göstərəcəyinə ümüd edir.

Boryuk Qorin: “Ən yaxşısı danışmaqdır. Özün haqda, öz hekayən haqda danışmaqdır. Ölkənin tarixinə və ölkədəki problemlərin xatirinə tolerantlıq nümayiş etməkdir. Muzey bu məqsədi daşıyır. ”

Rusiyanın müsəlman liderləri yəhudi muzeyinin açılış günündə muzeyi ziyarət edib.
Onların reaksiyası? - Ruslar onların tarixi barədə, müasir Rusiyaya verdikləri tövfələr barədə məlumatlandırmaq üçün oxşar muzey inşa etməlidirlər.
XS
SM
MD
LG