Accessibility links

Rusiya sülhməramlı missiya ilə Dağlıq Qarabağda yeni status-kvo qazanır


Rusiya sülhməramlı missiya ilə Dağlıq Qarabağda yeni status-kvo qazanır
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Rusiya Azərbaycan və Ermənistan arasında on illərdir davam edən münaqişədə hazırda yeni bir rolda çıxış edir. Sentyabrın 27-də başlayan və altı həftədən çox davam edən hərbi əməliyyatlar Moksvanın vasitəçiliyi ilə Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə bəyanat imzalaması ilə sona çatıb. Rusiya bəyanata əsasən, regionda sülhməramlı qüvvələrini yerləşdirib. Ekspertlər Moksvanın bununla Rusiyanın Cənubi Qafqazda dominant rolunu davam etdirdiyini göstərdiyini qeyd edir.

Altı həftə davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan Cənubi Qafqazda müharibə qaydalarını sürətlə dəyişdirən dronlar və hərbi texnikanın müasir arsenalına güvənərək, Dağlıq Qarabağda erməni qüvvələrini məğlub etdi.

Rusiyanın hərbi analitiki Aleksander Qolts: “Son 20 ildə Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən 3 dəfə çox artıb. Bu pula böyük miqdarda silah alınıb. Silahlar təkcə Rusiyadan deyil, İsrail və Türkiyədən də alınıb."

Rusiya prezidenti Vladimir Putinin vasitəçilik etdiyi sülh razılaşması dəyişən güc dinamikasını və xüsusilə də Türkiyənin Azərbaycanın hərbi səylərində rolunu əks etdirir.

Rusiyanın dəstəklədiyi saziş Moskvanın nominal müttəfiqi olan Ermənistan üçün ərazilərin itirilməsi demək olsa da, Dağlıq Qarabağda ermənilərin nəzarətində olan ərazilərin tamamilə əldən verilməsinin qarşısını alır.

Sazişin əldə edilməsi Azərbaycanda qələbə kimi qeyd edilməklə, Ermənistan paytaxtında yenidən hökumət böhranının yaranması ilə nəticələndi.

Region üzrə təhlilçi Karine Gevorkyan: “Məhz bu komandanın özünü nüfuzdan saldığı aydındır. Və düşünürəm ki, bu hökumət istefaya getmək arzusundadır...Çünki bu insanlar başa düşürlər ki, artıq Yerevanın küçələrində sərbəst gəzə bilməyəcəklər."

Atəşkəsin şərtlərinə görə, qarşıdakı 5 il ərzində Rusiyanın 2000 nəfərlik sülhməramlı qüvvəsi Dağlıq Qarabağda yerləşdiriləcək. Rusiyanın mövcudluğu Azərbaycanın daha da irəliləməsinin qarşını almaq və regionda qalmaq seçimi edən ermənilərin qorunması üçün təhlükəsizliyə zəmanət kimi nəzərdə tutulub.

Rusiyanın hərbi analitiki Aleksander Qolts: “Bu razılaşmaya görə, missiya uzadıla bilər. Düşünürəm ki, ən yaxşı seçim başqa bir yerdə...məsələn, Kiprdə müharibə zamanı olduğu kimi münaqişənin uzun müddətli "dondurulmasıdır."

Başqa sözlə, münaqişə yenidən dondurulur, sərhədlər yenidən çəkilir.

Bu, Rusiyanın Cənubi Qafqazda təsirini hələ də qoruyub saxlayan yeni bir status-kvodur. Dağlıq Qarabağın uzunmüddətli statusu hər zaman olduğundan daha da əlçatmaz qalır.

XS
SM
MD
LG