Moskvada Belarusa olunan istənilən hərbi hücuma "bütün sonrakı fəsadlarının məsuliyyəti də daxil olmaqla" Rusiyaya hücum kimi baxılacaq. Bu barədə "Belarus-1" telekanalında müsahibə verən Rusiyanın Minskdəki səfiri Mixail Babiç açıqlama verib.
Hərbi bazanın inşası ABŞ-ın Polşada və ümumilikdə Avropada varlığını möhkəmləndirəcəkTomas Şatkovski, Polşa Müdafiə Naziri
O, "Fort Tramp" adlanması təklif olunan mümkün Amerikan hərbi bazasının Polşada yerləşdirilməsini məhz belə şərh edib. Polşa rəhbərliyi ölkədə Amerikalı hərbçilərin daimi yerləşdirilməsini Rusiyadan qaynaqlanan hərbi təcavüz təhlükəsi ilə əsaslandırıb.
ABŞ-ın Polşada daimi bazasının yaranması “Avropanın geosiyasi landşaftını dəyişəcək” və “ABŞ-ın Polşada və ümumilikdə Avropada varlığını möhkəmləndirəcək,” deyə Polşanın Müdafiə nazirinin müavini Tomaş Şatkovski bildirib.
Moskvada artıq “rəsmi Varşavanın Avropanın Rusiya ilə münaqişəsini artıq daimi və uzun-müddətli etmək” fikrində olduğunu bildirirlər. Rusiyan səfiri xatırladıb ki, Rusiya və Belarus müttəfiq dövlətlərdir və birgə hərbi siyasət yürüdürlər.
ABŞ prezidenti 20 oktyabrda ABŞ-ın Rusiya ilə Ortamənzilli Nüvə Silahları Müqaviləsindən Kremlin müqavilənin şərtlərini dəfələrlə pozduğuna görə çıxa biləcəyini deyib.
Britaniya Müdafiə naziri Qavin Uilyamson bir qədər sonra Böyük Britaniyanın Trampın müqavilədən çıxmasını dəstəklədiyini bildirib.
Moskvada bu bəyanat "şantaj" adlandırılıb.
Qərarın əsas səbəbi ABŞ-ın bildirdiyinə görə, Rusiyanın müqavilənin şərtlərini pozaraq Avropada qısa radiuslu raketlərin yerləşdirməsinə başlamasıdır.
Rusiya müqavilənin şərtlərini pozaraq Avropada qısa-radiuslu raketlər yerləşdirib.
İki həftə öncə BMT ölkələrinin müdafiə nazirləri ilə görüşü zamanı Pentaqonun başçısı Cim Mattis Rusiyanın bu addımlarını "qəbuledilməz" adlandırıb. O, rəsmi Moskvanın bu davranışını dəyişmədiyi təqdirdə rəsmi Vaşinqtonun yeni rus raketlərinə qarşı adekvat addım atmalı olacağını vurğulayıb.
Birləşmiş Ştatlar həmçinin orta və qısa məsafəli raketlərin yaradan Çinin aktivliyindən narahat olduğunu bildirir.
Dörd il əvvəl ABŞ Rusiyaya ilk dəfə rəsmən Ortamənzilli Nüvə Silahları Müqaviləsini pozan qərarlar qəbul etməyinə dair xəbərdarlıq vermişdi. Bu müqavilənin ləğv edilməsi məsələsi Barak Obama administrasiyası tərəfindən nəzərdən keçirilmişdi. Ancaq ABŞ o zaman Almaniyada keçirilən etirazlar və bunun yeni silahlanma yarışına sürüklənmə qorxusu səbəbi ilə bu addımı atmaqdan imtina etmişdi.