Accessibility links

Rusiya səfiri Qarabağ danışıqları ətrafında müsbət mühit yaranacağına nikbinliklə baxır


Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında daha əlverişli mühitin yaradılacağı ilə bağlı nikbinliyini ifadə edib.

Trend agentliyinin verdiyi məlumata görə, Mixail Boçarnikov bununla bağlı açıqlamanı dekabrın 24-də Bakıda keçirilən mətbuat konfransında deyib.

​“Gələn il münaqişənin həlli ilə bağlı danışşıqlar prosesində daha müsbət ab-hava yaranacağına nikbin yanaşıram. Deyərdim ki, əvvəliki il elə də nəticəsiz olmayıb və artıq bunun əsası qoyulub, yüksək səviyyədə və xarici işlər nazirləri səviyyəsində müəyyən görüşlər olub”, Boçarnikov deyib.

Səfir qeyd edib ki, həmçinin yanvarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir və Rusiya həmsədr ölkələrdən biri kimi belə bir müsbət mühitin yaradılmasına kömək etməkdə davam edəcək.

Mixali Boçarnikov həmçinin bildirib ki, gələcəkdə ticarət, iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələr də daxil olmaqla Rusiya ilə Azərbaycan arasındakı əlaqələr daha da inkişaf etdiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG