Accessibility links

Rusiya sərhədində gözləyən azərbaycanlılar aksiya keçirib, polis atəş açıb, saxlanılanlar var


Rusiyanın Azərbaycan ilə sərhədində iki aya yaxındır ölkəyə qayıtlmaq üçün gözləyən bir neçə yüz Azərbaycan vətəndaşı iyunun 15-də axşam saatlarında Dağıstanın Qullar qəsəbəsində sərhəddən buraxılmaları tələbilə etiraz aksiyası keçirib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videolardan məlum olur ki, vəziyyət iyunun 16-da Azərbaycana cəmi 240 nəfərin buraxılacağı məlum olduqdan sonra gərginləşib.

“Bizi burada öldürmək istəyirlər. Biz hamımız vətənə qayıtmaq istəyirirk. İstəyirik ki, Azərbaycan dövləti vətəndaşlarına sahib çıxsın. Biz burada çox ağır durumda yaşayırıq,” etirazçılardan biri deyib.

Azərbaycan vətəndaşları sərhədə doğru yürüş etmək istəyiblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. Polsi qüvvələri havaya atəş sçıb, gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

Etirazçıların dediyinə görə, xəsarət alanlar və saxlanılanlar var.

Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonu administrasiyasının başçısı Fuad Şahıyev bildirib ki, “Azərbaycana qayıtmağı tələb edən insanlar dörd polis əməkdaşlarına hücum edib, avtomobillərini dağıdıb. Bu zaman əraziyə əlavə qüvvələr yeridilib. Hazırda sakitlikdir.”

Şahıyevin sözlərinə görə, problemin həlli üçün iyunun 16-da Azərbaycan nümayəndələri ilə danışıqlar aparılacaq.

Azərbaycan tərəfi baş verənlərə hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG