Accessibility links

Rusiya sabah Ukraynaya qaz təchizatını dayandıra bilər


Ardıcıl ikinci gündür görüş keçirən Ukrayna və Rusiya rəsmiləri bu gün də təbii qazla bağlı fikir ayırılıqlarına son qoymağa çalışıblar.

Sabah Ukraynaya qaz təchizatını dayandıracağı ilə hədələyən Rusiya Kiyevin Qazproma əvvəlki borclarını qaytarmasını tələb edir.

Brüsseldə Avropa Birliyinin vasitəçiliyi ilə keçirilən əvvəlki danışıqların uğursuz nəticələnməsindən sonra Rusiya Ukraynaya xəbərdarlıq edib. Moskva Kiyevin qaz üçün ödədiyi rüsumu 20 faiz azaldacağını desə də, Ukrayna daha böyük endirim istəyib.

Ukrayna həmçinin Avropanın qaz təchizatının 15 faizinə vasitəçilik edir. Ukrayna qazının kəsilməsinin Avropanın bir hissəsinə də ciddi təsirləri ola bilər.
XS
SM
MD
LG