Rusiya prezidenti Vladimir Putin ABŞ səfirliyi, konsulluq və digər nümayəndəliklərin 775 diplomatının ixtisarına göstəriş verib. Bu addım Konqresin Rusiyaya qarşı sanksiyalarına cavab mahiyyəti daşıyır. Bəzi təhlilçilər Putinin bu göstərişindən olduqca təəccübləndiklərini deyir. Görəsən, Donald Trampın cavabı nə olacaq?