Accessibility links

Rusiya "qara siyahı"-ya yeni adlar əlavə edəcək


Rusiya rəsmiləri ABŞ seçkilərinə müdaxilə etməkdə ittiham olunan ruslara qarşı sanksiyalara cavab olaraq tərtib etdikləri qara siyahıya yeni adlar əlavə edəcəklər.

RİA Xəbər Agentliyi Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkova istinadən bu xəbəri yayıb. Ryabkov yeni qrup amerikalılara sanksiyalar tətbiq ediləcəyini açıqlayıb.

Cümə axşamı Tramp administrasiyası 19 rusa və beş rus şirkətinə qarşı sanksiyalar paketi açıqlayıb.

Ryabkov ABŞ hökumətini qlobal sabitliyi pozmaqda ittiham edərək eyni zamanda bildirib ki, Moskva Vaşinqtonla dialoqu saxlamağa can atır.

Rusiya rəsmisi Amerikanı siyasi inadkarlıq göstərməkdə ittiham edib.

Cümə axşamı Tramp administrasiyası 19 rusa və beş rus şirkətinə qarşı sanksiyalar paketi açıqlayıb.

ABŞ həmçinin beynəlxalq qüdrətlərə qoşularaq Rusiyanı əsəb qazı ilə Britaniyada hücum təşkil etdiyinə görə pisləyib.

Britaniya baş naziri Tereza Mey Rusiya hökumətini Britaniyanın Salisbury şəhərində sabiq Rusiya kəşfiyyatçısını əsəb maddəsi ilə zəhərləməkdə ittiham edərək bu ölkəyə qarşı sərt ölçülər götürüb.
Britaniya baş naziri Tereza Mey Rusiya hökumətini Britaniyanın Salisbury şəhərində sabiq Rusiya kəşfiyyatçısını əsəb maddəsi ilə zəhərləməkdə ittiham edərək bu ölkəyə qarşı sərt ölçülər götürüb.

Rəsmi Vaşinqton Britaniya, Fransa və Almaniya hökumətlərinin hücumun arxasında rusların dayandığına dair yekun qənaətini paylaşdığını bəyan edib.

Birgə bəyhanatda “hücumun alternativ izahatı” olmadığı vurğulanır və Rusiya hökumətinin Britaniyanın tələb etdiyi izahata adekvat cavab verməməsi qeyd olunur.

Moskva Britaniyanın Sovet dövründən qalmış kimyəvi sinir maddəsinin sabiq rusiyalı casus Sergey Skripalı və onun qızı Yuliyanı İngiltərənin Salisburi şəhərində zəhərləməsinə dair izahat tələbinə məhəl qoymadıqdan sonra Böyük Britaniya 23 Rusiya diplomatını ölkədən çıxaracağını deyib.

Rəsmi Moskva Britaniyanın Sovet dövründən qalmış kimyəvi sinir maddəsinin sabiq rusiyalı casus Sergey Skripalı və onun qızı Yuliyanı İngiltərənin Salisburi şəhərində zəhərləməsinə dair izahat tələbinə məhəl qoymayıb.

Baş nazir bunu İcmalar Palatasında açıqlayıb. O deyib ki, hökümət Britaniyanı pisniyyətli ölkədən qoruyacaq qanun layihəsi və yeni çasusluq-əleyhinə tədbirlər hazırlayacaq.

Rusiya zəhərlənmədə əlinin olduğunu inkar edib və ölkənin xarici işlər nazirliyi Meyin sözlərinin “iki ölkə arasındaki normal dialoqun təməlinə xələl gətirən görünməmiş, biabırçı provokasiya” olduğunu bildirib.

​Mey deyib ki, Moskva bu məsələyə "sarkazm, hörmətsizlik və laqeyidsizliklə yanaşıb.” Leyboristlər partiyasının lideri Ceremi Korbin baş nazirin yanaşmasında çoxtərəfliliyin olmamasını sual etsə də, Leyborist qanunvercilər də daxil olmaqla bir çoxları baş naziri dəstəkləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG