Accessibility links

Rusiya sanksiyalara görə ABŞ-dan qisas alacaq


Rusiya sanksiyalara görə ABŞ-dan qisas alacağını bildirib.

Sanksiyaları qeyri-qanuni adlandıran Moskva Britaniyada Sergey və Yuliya Skripalların zəhərlənməsi ilə heç bir əlaqəsi olmadığını əlavə edib.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, ABŞ bizim üçün qəbuledilməz olan tələblər irəli sürür. O, Rusiyanın sanksiyaların eskalasiyası ilə hədələndiyini bildirib.

Zaxarova Britaniyanın “bəhalər uyduraraq” Rusiyaya qarşı sanksiyalara zəmin yaratdığını, ABŞ-ın isə Rusiya əleyhinə əhval-ruhiyyə yaradaraq ölkəni şeytan simasında göstərməyə çalışır və Rusiyanın beynəlxalq öhdəliklərinə sadiq qalmadığını nümayiş etdirmək istəyir.

Birləşmiş Ştatlar mart ayında Britaniyada sabiq rusiyalı casus və onun qızının zəhərlənməsinin arxasında Moskvanın dayandığı müəyyən ediləndən sonra Rusiyaya qarşı yeni sərt sanksiyalar tətbiq etmək qərarı verib.

22 avqustda qüvvəyə minəcək yeni sanksiyalar elektron mallar kimi milli təhlükəsizlik baxımdan həssas əmtəənin Rusiyaya ixracına şamil olunacaq.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG