Accessibility links

Moskvada onlarla etirazçı həbs edilib


Sentyabr ayının 8-də 45 yerlik parlament seçkilərinə müxalifət namizədlərin də adlarının bülletenlərə artırılması tələbi ilə bazar günü Moskvada keçirilən yürüş zamanı onlarla etirazçı həbs edilib. Həbs edilənlər arasında müxalifətin bir neçə siyasətçisi də var.

Etiraz aksiyasını monitorinq edən OVD-Info qrupunun bildirdiyinə görə, 1000-ə qədər insanın sakit yürüş keçirdiyinə baxmayaraq, 38 nəfər həbs edilib.

Həbs edilənlərdən çoxu Rusiyanın ən məşhur müxalifət lideri Aleksey Navalnının müttəfiqləri və tərəfdarları olub.

Etirazçılar Moskva Meriyasının binası və Seçki Komissiyasının Baş Qərargahı qarşısından keçib.

Etirazçılardan bəziləri rəsmilərin qeyri-qanuni olduğunu dedikləri yürüşü dağıtmağa cəhd göstərən polisə “uniformanızı rüsvay etməyin” - deyə, bağırıb.

Müxalifət tərəfdarları seçki rəsmilərinin onları imzaları saxtalaşdıraraq, müstəqil namizədlərin seçkilərə qatılmasını təmin etməkdə günahlandırdığını deyib.

Prezident Vladimir Putinin tənqidçisi və Novalnının tərəfdarı İlya Yaşin yerli seçki komissiyasının iddiasının saxta olduğunu deyib.

Sentyabr ayında keçiriləcək seçkilər Moskva və digər şəhərlərdə yerli idarələr və qanunverici orqanlara yerlərin doldurulması məqsədilə keçirilir.

XS
SM
MD
LG