Accessibility links

Rusiyada prezident seçkiləri keçirilir


Voting at polling station 73, near the Kremlin
Voting at polling station 73, near the Kremlin

Bu gün rusiyalılar səsvermədə iştirak edir. Bu səsvermə sübhəsiz Putinin hakimiyyətdə qalması ilə nəticələnəcək. Putin artıq 18 ildir ölkənin rəhbərliyindədir.

Onun bir neçə rəqibi olsa da,heç bir namizəd tərəfindən təhlükə ilə üzləşmir. Digər namizədlərin hər biri çox az sayda səs toplayacaq. Putinin səslərin 50 faizdən çoxunu qazanağı gözlənilir, amma onun seçki komandası səslərin 70 faizini əldə etmək istəyir.

Bazar günü keçirilən seçki 11 saat qurşağını əhatə edir. Belə ki, səsvermə uzaq şərqdən tutmuş Kalininqrada kimi davam edən böyük bi ərazidə keçirirlir. Səsvermədə iştirak etmək üçün təxminən 109 milyon insan qeydiyyatdan keçib. Dövlətin nəzarət etdiyi VCIOM səsvermə şirkəti seçici fəallığının 71 faiz olacağını təxmin edir.

Vladimir Putin
Vladimir Putin

Amma qeyri-hökümət təşkilatı Levada Mərkəzi dekabr ayında soğru keçirib və nəticələr seçicilərin 58 faizinin səsverməni boykot edəcəyini göstərib.

Putinin ən böyük rəqini müxalifət lideri Aleksey Navalni idi, lakin o, dekabr ayında fırıldaqçılıqda ittiham olunub. Ona 5 illik şərti cəza verilib. Navalnı ittihamları siyasi motivli adlandırıb.

Boykot səylərinə Navalnı başçılıq edir. Rusiyanın seçki təşkilatçıları isə daha yeksək seçici fəallığının olmasını ümid edir ki, seçkini legitim olaraq göstərə bilsinlər.

Rusiyanın Ukraynadan ilhaq etditi Krımda seçki müşahidəçisi qismində Putinə yaxın bir neçə avropalı siyasətçi iştirak edir. Avropa İttifaqı və ATƏT Krıma müşahidəçi göndərməkdən imtina edib, çünki onlar bunun Rusiyanın işğalını legitimləşdirəcəyindən çəkinib.

Aleksey Navalnı
Aleksey Navalnı

Müxalifət lideri Navalnı cümə axşamı Amerikanın Səsisinin Rusiya xidmətinə bildirib ki, Putinin Krımdakı müşahidəçiləri, obyektiv müşahidəçilər deyil, onun siyasi dostlarıdır. Onlar arasında Almaniyanın ultra-solçu Die Linke partiyasından Andreas Mauer və Norveç Xalq Diplomatiyası adlı ictimai təşkilatın təsisçisi Hendrik Veber yer alır.

Putin həm prezident, həm də baş nazir olaraq 1999-cu ildən bəri hakimiyyətdədir. O, onun ard-arda iki müddət prezident olmasının qarşısını alan Rusiya qanunu yan keçmək üçün bir müddət baş nazir vəzifəsində çalışıb.

Rəy sorğuları nəticələri onun rəqiblərindən daha çox dəsətyə sahib olduğunu göstərir. Putinin qələbəsi demək olar, artıq təmin olunsa da, Navalnı və başqa ekspertər deyir ki, Rusiya rəsmiləri seçkinin çox uğurlu nəticələndiyini sübut etmək üçün seçici fəallığını şişirdə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG