Accessibility links

Dmitri Peskov: Moskvanın Böyük Səkkizlikdən çıxarılması əks-produktiv olacaq


Vladimir Putinin sözçüsü Moskvanın qurumdan çıxarılmasına münasibət bildirib

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Moskvanın Böyük Səkkizlikdən çıxarılması qərarının əks-produktiv olacağını deyib.

Bu addıma münasibət qurumun iyun ayında 7 ölkənin iştirakı ilə sammit keçiriləcəyinə dair razılıqdan bir gün sonra bildirilib.

ABŞ,Britaniya,Kanada,Fransa, Almaniya, İtaliya və Yaponiya liderləri bu haqda birgə bəyanatı Haaqada keçirilən nüvə təhlükəsizliyi sammiti çərçivəsində verib.

Onlar Moskva kursunu dəyişməyincə onun qurumda yeri olmayacağını bildirib.

Qərb Rusiyanı Krımın ilhaqına görə təcrid etmək istəyir. Rusiyanın xəbər agentlikləri isə Kremlə istinadən bildirir ki, Rusiya Böyük Səkkizlikdəki tərəfdaşları ilə təmasda olmağa hazırdır. Lakin xarici işlər naziri Sergey Lavrov Rusiyanın qurumun üzvü olmamasını böyük faciə hesab etmədiyini bildirib.

Lavrov bu gün nüvə sammiti çərçivəsində ukraynalı həmkarı Andriy Desçıtsia ilə görüş keçirib. Bu, Ukraynanın yeni hökuməti ilə Rusiya arasında ilk yüksək səviyyəli görüşdür.

Bu arada Amerika Ukrayna rəhbərliyinə dəstək verdiyini, Rusiyanın Krımı ilhaqının qanunsuz olduğunu və Rusiyanın bu addımının tanınmayacağını bildirib.
XS
SM
MD
LG