Accessibility links

Vladimir Putin Rusiyada sellərin baş verdiyi ərazilərə səfər edib


Rusiyanın cənubunda Krasnodar regionunda sel nəticəsində ölənlərin sayının 150-yə çatdığı bildirilir.

Rusiya prezidenti Vladimir Putin regiona səfər edib və ölüm hallarına Krasnodar rəsmilərinin fəlakətin nəticələrinin aradan qaldırılmasına ləng cavab verməsinin səbəb olub-olmadığını müəyyənləşdirmək üçün təhqiqat aparılması haqda göstəriş verib.

Cənab Putin fövqəladə hallar nazirliyinin rəsmiləri ilə görüşüb. Onlar prezidenti hadisəyə yerli rəsmilərin dediyi kimi yaxınlıqda yerləşən su bəndində problemlərin olmadığı haqda məlumat veriblər.

Hadisənin ən ciddi zərər vurduğu Krımsk şəhərinin sakinləri gecə vaxtı baş vermiş shaqda əvvəlcədən xəbərdarlıq verilmədiyini bildirib. Zərər çəkmiş sakinlər yardım almadıqlarını deyib.
XS
SM
MD
LG