Rusiya ABŞ Senatının Kremlin demokratiyanı təhlükəyə ataraq, seçkilərə müdaxiləsi deyilən hesabatını pisləyərək, iddiaların əsassız olduğunu və bunun iki ölkə arasındakı münasibətlərə zərər vurduğunu bildirib.
Senatın demokrat nümayəndələri dünən Rusiyanın əməliyyatlarını qınayaraq, prezident Trampı təhlükələrə müqavimət göstərməməkdə günahlandırıb.
“Bundan əvvəl heç bir prezident böyük təhlükələrə biganə qalmayıb və bu, ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhdiddir” - deyə, Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Ben Kardin bildirib.
Demokrat senator deyib ki, Rusiyanın müdaxiləsi 2020-ci il seçkilərini kölgə altına ala bilər.
Kardinin təqdim etdiyi hesabatda Rusiyanın daxildə və xaricdə demokratiyanı hücuma məruz qoyduğu deyilir. Sənəddə ABŞ prezidentliyindən başlayaraq əks-strategiyanın tətbiqinə çağırılır.
“Putin rejimi xarci məsələlərə müdaxilə alətləri inkişaf etdirib və bütün vasitələrdən istifadə etməklə demokratiyanın bütün təsisatları və Trans-Atlantik müttəfiqlərə ziyan vurmağa çalışır", hesabatda deyilir.
Bu gün keçirilən mətbuat konfransında Kremlin sözçüsü Dmitri Peskov bütün bu iddiaları rədd edib.
"Biz yalnız davam etməkdə olan bu kampaniya ilə bağlı narahatlığımızı ifadə edə bilərik. Ölkəmizə qarşı bu ittihamlar tamamilə əsassızdır".
Peskov ittihamların təkcə Rusiya və ABŞ münasibətləri deyil, Amerikanın özünə ziyan vurduğunu deyib.
Hesabtda Rusiyanın illərdir Putinin tənqidçiləri və müxalifətin repressiyalar və zorakılıqlara məruz qaldığına dair detallar açıqlanır.
Sənəddə deyilir ki, Rusiyanın dövlət başçısı qatılaşmış gücü ilə şantaj, terrror qorxusu və müharibə hədələri ilə ölkəyə rəhbərlik edir.