Accessibility links

Rusiya hipersəsli raketinin sualtı qayıqdan sınağının uğurla keçirildiyini bildirib


Rusiya bazar ertəsi prezident Vladimir Putinin yeni nəsilin rəqibsiz silah sistemlərinin bir hissəsi olaraq tərif etdiyi hipersəsli Sirkon raketini ilk dəfə sualtı qayıqdan sınağının uğurla keçirildiyini bildirib.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, Barents dənizində Severodvinsk sualtı qayığından atılan raket seçilən hədəfi uğurla vurub.

Nazirliyin yaydığı video görüntülərdə sınağın gecə saatlarında keçirildiyini müşahidə etmək olub.

Rusiya iyul ayında Sirkon raketinin sınağını döyüş gəmisindən aparmışdı.

2018-ci ildə, son illərdəki ən sərt çıxışlarından birində dünyanın demək olar ki, hər hansı bir nöqtəsinə zərbə endirə biləcək və ABŞ-ın istehsal etdiyi raketə qarşı sistemdən qaça biləcək yeni hipersəsli silahın hazırlandığını demişdi.

Putin Baş Qərargahlar rəisi Valeriy Gerasimovla söhbəti zamanı Putin "Bu, yalnız silahlı qüvvələr üçün deyil, bütün Rusiya, bütün ölkə üçün böyük bir nailiyyətdir" deyib.

Gerasimovun dediyinə görə, hipersəsli raket 450 kilometr məsafədəki hədəfə dörd dəqiqə yarıma vurур. O, sınaqların davam edəcəyini və bu sınaqlar başa çatdıqdan sonra Rusiyanın suüstü gəmilərinin və sualtı qayıqlarının raketlə silahlandırılacağını bildirmişdi.

XS
SM
MD
LG