Accessibility links

Rusiyada yeni maliyyə sistemi yaradılır


Milli kredit kartları buraxılacaq

Rusiya prezidenti Vladimir Putin milli kredit kartlarının buraxılığına hazırlaşıldığını bəyan edib. O, Mərkəzi Bankın və hökumətin Yaponiya və Çində olduğu kimi yeni ödəniş sistemi üzərində işlədiyini deyib.

Rusiyanın maliyyə sistemi yaratması Qərbin sanksiyalarının ziyanlarını azalda bilər.

Rusiya liderinin bəyanatı ABŞ-ın Visa və MasterCard şirkətlərinin Rusiya bankları tranzasiyaları müvəqqəti dayandırdığını elan etməsindən bir neçə gün sonra səslənir.

Lakin bu şirkətlər Amerikanın sanksiyaların bankları hədəf almadığını bildirməsindən sonra fəaliyyətlərini bərpa edib.

Qərb və ABŞ Rusiyaya qarşı iqtisadi sanksiyaları Krımın ilhaqından sonra tətbiq edib.
XS
SM
MD
LG