Accessibility links

ABŞ Putinə yaxın olan rusiyalı siyasətçilərin və oliqarxların siyahısını açıqlayıb


ABŞ Maliyyə Nazirliyi Konqresin verdiyi mandata əsasən Rusiya prezidenti Vladimir Putinə yaxın olan rusiyalı siyasətçilərin və biznes adamlarının adları və onların sərvəti qeyd olunan siyahı yayıb.

Siyahıda adı olan 200 nəfərdən çox şəxsin heç birinə yeni sanksiyalar tətbiq edilməsə də, həmin şəxslərin bəzilərinin adı ABŞ-ın daha öncəki sanksiyalarında hallanırdı.

Prezident Donald Trampın keçən ilin avqust ayında istəksiz imzaladığı qanun onun administrasiyasından tələb edir ki, Rusiya hökümətinin kəşfiyyat və ya müdafiə sektorları ilə “əhəmiyyətli münasibətlərə” malik olan şəxslərə qarşı sanksiyalar tətbiq etsin.

Demokratlar yeni sanksiyalar tətbiq etmədiyi üçün və bütövlükdə Moksvanın 2016-cı ildə ABŞ seçkilərinə müdaxiləsindən sonra Rusiyanın gələcək aqressiyasının qarşısını almaq planına malik olmadığı üçün prezidenti tənqid edirlər.

XS
SM
MD
LG