Accessibility links

Rusiyanın Sovet dövrünə aid abidələri Moskva parkında saxlanır


Rusiyanın Sovet dövrünə aid abidələri Moskva parkında saxlanır
please wait

No media source currently available

0:00 0:02:48 0:00

ABŞ-da irqçi keçmişi təcəssüm etdirən konfederasiya heykəlləri və digər abidələrin götürüldüyü bir vaxt Rusiyanın misalında tarixin sürətlə unuldulması səylərinin təhlükələri nəzərdən keçirilir.

1991-ci ilin avqustunda minlərlə insan Moskvanın mərkəzindəki Rusiyanın Ağ evinin qarşısına toplaşdı. Kommunist rejiminin sərt-xətt tərəfdarları Sovet lideri Mixayil Qorbaçovun Yenidənqurma (perestroyka) demokratik islahatlarının qarşısını almaq üçün son dəfə çevrilişə cəhd etdi.

Xalq Qorbaçovun həm rəqibi, həm də müttəfiqi, eləcə də çevriliş edənlərə qarşı uğurlu üsyana rəhbərlik edən Yeltsinin arxasında dayandı. Lakin Sovet İttifaqının simvolik sonu bir çoxları üçün KQB-nin Moskvadakı baş qərargahının qarşısındakı meydanda başa çatdı.

Sovet gizli polisinin qurucusu Dzerjinskinin "Dəmir Feliks" heykəlinin götürülməsi keçmişin zorakılıq və repressiyalarına son verilmiş olduğundan xəbər verirdi.

Bu yalnız izdihamın istəyi deyildi. Heykəli yıxan zaman kiminsə xəsarət almasından ehtiyat edən Moskvanın ilk azad seçilmiş hökuməti Dzerjinskinin heykəlinin qaldırılmasını səsvermədən sonra gecə saatlarında həyata keçirdi. Moskvanın vitse meri Sergey Stankeviç: “Xeyr, o yıxılmadı. Çox ağır olduğu üçün biz onu yerindən iki krandan istifadə edərək qaldırdıq və platformaya endirdik.“

Feliksin heykəli Moskvanın mərkəzində Sovet dövrünün qalıqlarının toplandığı açıq muzeyə çevrilən parkdadır. Bura Sovet həyatının qaranlıq dövrləri və bəlkə də yeni Rusiyanın nə qədər dəyişdiyini üzərində düşünmək üçün bir yerdir. Sova İnformasiya və Təhlil Mərkəzindən Aleksandr Verxovski: “Bir vaxt artıq onlara öyrəşirlər və onlar orada dayanmağa davam edir. Zaman isə dəyişir."

Bu gün bolşeviklərin lideri Vladimir Leninin abidəsi hələ də dursa da, çoxları ona əhəmiyyət vermir. Ancaq rəy sorğuları Sovet lideri İosif Stalinə olan heyranlığın artdığını göstərir. Və Rusiyanın təhlükəsizlik xidmətləri yenidən Vladimir Putinin gücünü təmsil edir.

Bu müddət ərzində Dzerjinskinin heykəli parkda qalıb və onun buraya gətirilməsinə yardım edənlər abidənin onun irsi baxımından saxlanması olduğunu deyir. "Siz bu abidələrin ləkələnməsinə icazə verə bilməzsiniz, çünki bu, qisas, onların geri qaytarılması istəyini doğurur. Zorakılığın nəticəsi budur. Şükürlər olsun ki, biz bunun qarşısını aldıq" - deyə, Sergey Stankeviç bildirir.

Bəzilərinin fikrincə, bu mesajlar öz mürəkkəb tarixlərinə aid abidələrdən hansının yerində qalmağa layiq olduğu, hansının isə həmişəlik qaldırılmalı olduğuna qərar vermək üçün Qərb cəmiyyətlərinə faydalı ola bilər.

XS
SM
MD
LG